SON XƏBƏRLƏR

Amerika İran gəmilərinin qanunsuz olaraq daşıdığı neft və silahları müsadirə edib - FOTO

2021.12.08, 12:05
Amerika İran gəmilərinin qanunsuz olaraq daşıdığı neft və silahları müsadirə edib - FOTO

Gunaz.tv

Bildirilir ki, müsadirə edilən İran silahları 171 ədəd yer-göy raketi, tank əleyhinə 8 raket, gəmi əleyhinə Kruz raketlərinin hissələri, pilotsuz uçuş aparatları və digər hərbi avadanlıqlardan ibarətdir. 

Bəyanatda həmçinin bildirilir ki, ABŞ Hərbi Dəniz Qüvvələri İranın xarici ölkələrin bayrağı ilə Venessuallaya doğru hərəkət edən 4 neft tankerini saxlayaraq, onların bu ölkəyə daşıdığı 1 milyon 100 min barel nefti müsadirə edib.

ABŞ Ədliyyə Nazirliyi bildirib ki, ələ keçirilən həmin mallar, İrandan gətirilən qanunsuz yanacaq və silahların ən böyük müsadirəsi hesab olunur.

Nazirlik bildirib ki, 25 noyabr 2019-da və 9 fevral 2020-ci ildə Ərəb dənizində reyd keçirən ABŞ Hərbi Dəniz Qüvvələri tərəfindən ələ keçirilən həmin qanunsuz neft və silah-sursatlar ABŞ məhkəməsinin qərarı ilə 26 milyon dollardan çox bir məbləğə satılıb.

Bəyanatda qeyd edilir ki, həmin pulların hamısı və ya müəyyən bir hissəsi kompensasiya olaraq, İranın dövlət terrorizminin qurbanları olan şəxslərin və ya onların ailələrinin bank hesablarına köçürüləcək.

یک محموله توقیف شده سلاح ساخت ایران در سواحل یمن (عکس از آرشیو)

تسلیحات مصادره

A.M
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar