SON XƏBƏRLƏR

Amerika İranın Suriyadakı mövqelərinə zərbə endirib

2022.08.24, 06:20
Amerika İranın Suriyadakı  mövqelərinə zərbə endirib

Gunaz.tv

Mərkəzi komandanlığın məlumatına görə, bu dəqiq hücumların məqsədi İran rejiminin dəstəklədiyi qrupların Amerika personalını 15 avqust hücumu kimi təhlükələrdən müdafiə etmək və qorumaq olub.

“Amerikanın hücumları SEPAH-a bağlı silahlıların istifadə etdiyi infrastruktur obyektlərini hədəfə alıb və Amerika personalının müdafiəsi üçün zəruri olub”, - deyə bəyanatda bildirilir.

CENTCOM Amerikanın eskalasiya riskini məhdudlaşdırmaq və itki riskini minimuma endirmək üçün mütənasib və hesablanmış tədbirlər gördüyünü vurğulayıb.

Bəyanatda əlavə edilib ki, Amerika prezidenti İranın dəstəklədiyi silahlı qrupların hücumlarını dayandırmaq və ya qarşısını almaqla ABŞ-ın şəxsi heyətini qorumaq və müdafiə etmək üçün maddə 2-dəki səlahiyyətinə əsaslanaraq bu zərbələri endirib.

CENTCOM-un rəsmi açıqlamasında deyilir: 
“Amerika münaqişəyə can atmır, ancaq öz xalqını qorumaq və müdafiə etmək üçün lazımi tədbirləri görməyə davam edəcək, İŞİD-in əbədi məğlubiyyətini təmin edənə qədər Suriyada qalacaq”,-deyə CENTCOM-un rəsmi açıqlamasının sonunda qeyd olunub.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar