Qurum İranda bəhai vətəndaşlara qarşı həbs, mühakimə və basqıların artdığını bəyan edib və molla rejimini bu zülmü dayandırmağa çağırıb.
Amerikanın bu hökumət qurumu habelə İran İslam Respublikasından "bütün iranlıların din və fikir azadlığı hüququna hörmətlə bağlı beynəlxalq öhdəliklərinə" əməl etməsini istəyib.
Son günlər İranda bəhai icmasının üzvlərinə qarşı təzyiqlər yenidən artıb vo bir neçə gün ərzində onlarla bəhai vətəndaş həbs edilib.
Bununla yanaşı həbs edilən bəhailərin bir neçəsinin evləri dağıdılıb, onların üçünə qarşı qondarma ittihamlar irəli sürülərək İsrailə casusluqda günahlandırılıblar.
Cavidan