Amerika İrandan noyabr etirazlarında tutulan 3 nəfəri edam etməkdən çəkinməyi tələb edib

2020-06-26 13:38

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus İranda noyabr etirazları zamanı tutulmuş 3 nəfərin edama məhkum edilməsini pisləyib.

Gunaz.tv Quote | Gunaz article

Bu barədə "Twitter" səhifəsində yazan xanım Ortaqus İran rejiminin Əmir Hüseyn Muradi, Səid Təmcidi və Məhəmməd Rəcəbini edama məhkum etməsini kəskin pisləyib. 


Həmin etirazçıların döyüldüyü, vəkillə təmin olunmaq hüququndan məhrum edildiyi və işgəncə altında etiraf etməyə məcbur edildiklərinə dair məlumatlar var. İran insan hüquqlarına riayət etməli və bu edamların icrasını dayandırmalıdır", - deyə Morqan Ortaqus əlavə edib. 

 


Qeyd etmək lazımdır ki, bir neçə gün öncə sözügedən etirazçılara qarşı çıxarılmış edam hökmünün İran Ali Məhkəməsi tərəfindən təsdiqləndiyi ilə bağlı xəbərlər yayılmışdı. Hökm istər sosial şəbəkələrdə, istərsə də cəmiyyətdə ciddi etiraz və narahatlıqla qarşılaşdığından, bir müddət sonra İran Dövlət Teleradio Şirkətinə bağlı "Cavan Reportyorlar Klubu" yaydığı xəbərdə hökmün hələ ki, Ali Məhkəmə tərəfindən təsdiqlənmədiyini iddia etmişdi. 


Məsələyə münasibət bildirən etirazçıların vəkilləri isə onlara bu günə qədər qeyri-qanuni olaraq cinayət işində iştiraka icazə verilmədiyini və buna görə də, hökmün təsdiqlənib-təsdiqlənmədiyi barədə dəqiq məlumatları olmadığını deyiblər. 


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Putinlə Bayden yaxın həftələrdə görüşə bilər - Dövlət katibi

2021-05-18

gun az article

Azərbaycanda son sutkada 1024 nəfər COVID-19-dan sağalıb, 432 nəfər yoluxub

2021-05-18

gun az article

İlham Əliyev: "Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir"

2021-05-18

gun az article

Oljas Süleymenov “Şərəf” ordeni ilə təltif edilib

2021-05-18

gun az article

İranlı deputatlar: “Əgər bütün sanksiyalar 100% aradan qaldırılmasa, demək ki, heç bir sansiya ləğv edilməyib”

2021-05-18

gun az article

Almaniyada yaşayan azərbaycanlılar BMT-nin qərargahı önündə aksiya keçirib

2021-05-18

gun az article

Gəncə teatrının 100 yaşı tamam olur      

2021-05-18

gun az article

İran rəsmisi: “Əyalətlər arasında artıq su müharibəsi başlayıb”

2021-05-18

gun az article

Türkiyə XİN sözçüsü: "Krım tatar türklərinin yanındayıq"

2021-05-18

gun az article

Dmanisidə barışıq əldə edilib

2021-05-18

gun az article

Sərhəd ajiotajı: “Azərbaycan ağıllı strategiya ilə hərəkət edir"-Politoloq

2021-05-18

gun az article

İranın Əhvaz və Mahşəhr şəhərlərində 16 ərəb fəalı həbs edilib

2021-05-18

gun az article

TAP-la indiyədək 2 mlrd. kubmetrdən çox qaz nəql edilib

2021-05-18

gun az article

Azərbaycan Ordusunun antiterror əməliyyatına hazırlığı barədə tapşırıqlar verilib

2021-05-18

gun az article

İranda 231 siyasi fəal prezident seçkiləri ilə bağlı xalqa müraciət etdi

2021-05-18

gun az article

Belarusun müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlib

2021-05-18

gun az article

“Sən azadsan, Laçınım”-Qədim yurdumuz artıq düşmən tapdağında deyil

2021-05-18

gun az article

Dövlət Agentliyi: “Şuşa əsas turizm məkanı olacaq”

2021-05-18

gun az article

Prezident İlham Əliyev Azərbaycan-Ermənistan sərhədində vəziyyətin sabit olduğunu bildirib

2021-05-18

gun az article

ABŞ Prezidentinin müşaviri İlham Əliyevə zəng etdi

2021-05-18