Onlar Amerika hökumətindən İran xalqı üçün təhlükəsiz internetə çıxışın təmin edilməsinə yardım göstərilməsini istəyiblər.
Məktubda İranda etirazların geniş şəkildə dağıdılmasına və hökumət tərəfindən internetin kəsilməsinə toxunulub. Qeyd olunub ki, bunun üçün Xəzinədarlıq Departamenti hökumətin sərəncamına və Xarici Aktivlərə Nəzarət İdarəsinin qaydalarına dəyişiklik etməlidir.
İranın müxtəlif şəhərlərində iki həftədən çox davam edən etiraz aksiyalarından sonra hesabatlar göstərir ki, vətəndaşların internetə çıxışının məhdudlaşdırılması davam edir.
Qeyd edək ki, Ümumdünya Mətbuat Azadlığı Günündə Sərhədsiz Reportyorlar Təşkilatı dünyada media azadlığının reytinqini açıqladığı hesabatda İranın dünyanın 180 ölkəsi arasında 178-ci yerdə olduğunu bildirib.
Cavidan