SON XƏBƏRLƏR

Amerika Mərkəzi Komandanlığı: "İranın düşmən fəaliyyətlərinin qarşısını qətiyyətlə alacağıq"

2022.07.08, 08:16
Amerika Mərkəzi Komandanlığı: "İranın düşmən fəaliyyətlərinin qarşısını qətiyyətlə alacağıq"

Gunaz.tv

Amerika Mərkəzi Komandanlığının sözçüsü polkovnik Cozef Buçino iyulun 8-də bildirib ki, Britaniya Hərbi Dəniz Qüvvələrinə dəstək verən Amerika  hərbi təyyarə daşıyan gəmisi fevralın 25-də Oman körfəzində müsadirə əməliyyatı keçirib.

"SENTKAM"ın sözçüsünə görə, əməliyyat yer-hava tipli raketlərin və İran istehsalı olan bir sıra qanadlı raket mühərriklərinin ələ keçirilməsinə səbəb olub.

O vurğulayıb ki, Vaşinqton İranın dənizdə, quruda və səmada məsuliyyətsiz və düşmənçilik fəaliyyəti həyata keçirməsinə icazə verməyəcək.

"Biz onilliklər ərzində strateji əlaqələrimiz olan tərəfdaşlarımızı və müttəfiqlərimizi dəstəkləyəcəyik"-deyə, polkovnik Buççino bildirib.

Bununla əlaqədar olaraq, "SENTKAM" çərşənbə günü Twitter səhifəsində Yaxın Şərq sularında qeyri-qanuni daşımalarla bağlı hər hansı məlumatın verilməsinə görə 100.000 dollar mükafat təyin etdiyini açıqladı.

Bundan əvvəl Cenevrədə yerləşən beynəlxalq araşdırma təşkilatı 2021-ci ilin noyabrında İranın Yəməndəki qolu husilərə göndərdiyi silahların çoxunun Ədən körfəzi vasitəsilə qaçaqmalçılıq yolu ilə keçirildiyini açıqlamışdı.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar