Amerika səfiri: “Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq”

2020-07-04 14:59

4 iyul ABŞ-ın Müstəqillik Günüdür.

Gunaz.tv Quote | Gunaz article

APA-nın məlumatına görə, ABŞ-ın Azərbaycandakı səfirliyi Müstəqillik Günü ilə bağlı ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerin videomüraciətini yayımlayıb. Müraciətdə səfir bildirir ki, adətən ABŞ Səfirliyi 4 iyul Müstəqillik Gününü qeyd etmək üçün ziyafət təşkil edir:


Keçən il biz Səfirliyin bağında yer alan möhtəşəm tədbidə çoxsaylı Azərbaycanlı dostlarımızı salamlamışdıq və daha çox insan bizə Facebook vasitəsilə canlı yayımda qatılmışdı. COVİD-19 pandemiyası səbəbindən biz bu il sizinlə toplaşaraq bir araya gələ bilməyəcəyik. Lakin üzləşdiyimiz mövcud vəziyyət bizim, Amerikanın müstəqilliyinin 244-cü ildönümünü virtual qeyd edə bilməyəcəyimiz demək deyil. Səfir Litzenbergerin 4 İyul bayramına dair video müraciətini sizə təqdim edirik”.


Səfir deyib ki, ABŞ dövləti çətin və uzunmüddətli mübarizədən sonra yaradılıb: "ABŞ konstitusiyası “Biz, Amerika xalqı daha mükəmməl birlik yaratmaq üçün...” sözləri ilə başlayır. Bizim böyük dövlətimizi məhz xalqımız və vətəndaşlarımızın özü yaratmışdı. Onlar universal hüquq və azadlıqlarına hökumət tərəfindən hörmət ilə yanaşılmasını təmin edirlər. Onlar bilirlər ki, daha mükəmməl birliyin yaradılması və qorunması üçün vaxt və səy tələb olunur.


ABŞ Konstitusiyasının daxilində əks olunmuş “Hüquqlar haqqında qanun” imkan verir ki, bu gün vacibliyi barədə danışdığımız, hər bir kəsin malik olduğu sözügedən hüquqlara hökumət tərəfindən hörmət olunsun və əsas azadlıqların qorunmasını təmin etsin. Sözügedən Birliyin daha mükəmməl edilməsinə dair iş hətta 244 il keçdikdən sonra da davam edir. Bizim 1776-cı ili Birləşmiş Ştatların müstəqilliyinin bəyan olunmasını tarix kimi qeyd etməyimizə, "Hüquqlar haqqında qanun"u və Konstitusiyamızı təsdiq etməyimizə baxmayaraq, hökumətimiz illər boyu vətəndaşların bərabər hüquqlarını təmin edə bilməmişdi. Bu bərabərsizliyə quldarlıq, qadınların səsvermə hüququndan məhrum olunmaları da daxil olmaqla böyük və kiçik digər dəhşətli ədalətsizliklər daxildir.


Corc Floydun polislər tərəfindən həbsi zamanı baş vermiş ölüm hadisəsi bizə nümayiş etdirdi ki, hətta indiki zamanda da müəyyən vətəndaşlar ABŞ Konstitusiyasının əhatə etdiyi hüquqları əldə etmək üçün mübarizə aparırlar. Biz uğura imza atmışıq, lakin qarşımızda kifayət qədər görüləcək işin olduğunu da dərk edirik. Ümid edirəm ki, 4 iyul tarixində bu işin irəliləməsi üçün üzərimizə götürdüyümüz öhdəliyə sadiq olmağımızı yenidən bəyan edəcəyik. Bizim azərbaycanlı dostlarımızın da dövlətləri daxilində bu öhdəliyə qatılmalarına ümid edirəm”.


Səfir qeyd edib ki, Birləşmiş Ştatlar və Azərbaycan arasında vacib tərəfdaşlıq əlaqələri mövcuddur: “Biz Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməkdən qürur duyuruq”.  


Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Casusluqda ittiham olunan ermənilərin məhkəməsi davam etdiriləcək

2021-07-26

gun az article

CNN: Bayden və Putin İsveçrədə görüşəcək

2021-05-25

gun az article

Bağdad hava limanı raket atəşinə tutuldu

2021-05-03

gun az article

Aralıq dənizində İran gəmisi hücuma məruz qalıb

2021-03-13

gun az article

Mövlud Çavuşoğlu və Sergey Lavrov Dağlıq Qarabağı müzakirə etdilər

2021-03-11

gun az article

Türkiyə hərbçiləri 7 PKK/YPG terrorçusunu zərərsizləşdirib

2021-03-08

gun az article

Türkiyədə hərbi helikopter qəzası ilə bağlı ilkin səbəb açıqlandı

2021-03-05

gun az article

İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı

2021-03-01

gun az article

Bayden: İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi

2021-02-28

gun az article

ABŞ Konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanatla çıxış edib

2021-02-27

gun az article

ABŞ kəşfiyyatının hesabatında jurnalist Qaşıqçının öldürülməsində Səudiyyə şahzadəsinin rolu olduğu bildirilir

2021-02-27

gun az article

Azərbaycan prezidenti iranlı jurnalistə irad bildirib+video

2021-02-26

gun az article

Ərdoğan: “Xocalıda amansız şəkildə qətlə yetirilən qardaş-bacılarımızı rəhmətlə yad edirəm”

2021-02-26

gun az article

Türkiyə XİN Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb

2021-02-26

gun az article

İstanbulda PKK əleyhinə əməliyyat zamanı 11 şübhəli şəxs saxlanılıb

2021-02-26

gun az article

Amerika Suriyanın şərqində İranın dəstəklədiyi silahlıların mövqelərinə hücum edib

2021-02-26

gun az article

Çavuşoğlu: “Ermənistanda çevrilişə cəhdi qətiyyətlə pisləyirik” - YENİLƏNİB

2021-02-25

gun az article

Paşinyan Baş Qərargah rəisi Onik Qasparyanı işdən çıxarıb

2021-02-25

gun az article

BMT-nin Baş katibi Cenevrədə Kipr mövzusunda 5+1 formatında toplantı keçirəcək

2021-02-25

gun az article

Dünyada son sutkada 280 mindən çox koronavirusa yoluxma qeydə alınıb

2021-02-24