SON XƏBƏRLƏR

"İran dini azlıqlara qarşı qara piar kampaniyasını gücləndirib"-Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası

2022.07.23, 06:02
"İran dini azlıqlara qarşı qara piar kampaniyasını gücləndirib"-Beynəlxalq Dini Etiqad Azadlıqları Komissiyası

Gunaz.tv

Sənəddə qeyd olunur ki, kampaniya son 1 ildə daha da güclənib.

Hesabata görə, İran hökuməti dini azlıqlara qarşı müxtəlif ittihamlar irəli sürsə də, onlar haqqında işlədilən ümumi ittiham "xarici hökumətlərlə əlaqə və İran cəmiyyətində parçalanma və təfriqə toxumu səpmək cəhdi"dir.

Hesabatda bildirilir ki, İranda dini azlıqları təkcə dini inanclarına görə hökumətin hücumuna məruz qalmır,  hökumət onları həm də ölkənin suverenliyinə və milli təhlükəsizliyinə təhdid bəhanəsi ilə sıxışdırır.

"İranın kəşfiyyat orqanları və məhkəmə sistemi dini və dini azlıqların davamçılarını milli təhlükəsizliyə təhdid kimi əsassız ittihamlarla həbs edir.

İran hökumətinin təbliğat qolu da yalan məlumat və xəbərlər yaymaqla bu həbslərə haqq qazandırmağa çalışır"-deyə, Amerikanın Dini Etiqad Azadlıqları Komissiyasının hesabatında bildirilir.

Hesabatda İranın xüsusilə yəhudilərə qarşı davranışı qeyd olunur və İran rəsmilərinin yəhudi soyqırımının əleyhinə olan təbliğat və çıxışları xatırladılır.

Bununla yanaşı bəhailərə, xristianlığı qəbul etmiş vətəndaşlara və sünni məzhəbinə mənsub şəxslərə qarşı İran hökumətinin aqressiv davranışları vurğulanır.

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar