SON XƏBƏRLƏR

Amerika Rusiyaya göndərilən pilotsuz təyyarələrlə bağlı 4 İran şirkətinə və bir fiziki şəxsə sanksiya tətbiq edib

2022.09.09, 05:25
Amerika Rusiyaya göndərilən pilotsuz təyyarələrlə bağlı 4 İran şirkətinə və bir fiziki şəxsə sanksiya tətbiq edib

Gunaz.tv

Amerika Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi bəyanat yayaraq, Ukrayna müharibəsində istifadə üçün Rusiyaya İran pilotsuz təyyarələrinin göndərilməsində iştirak etdiyi üçün bu İran şirkətlərindən birinə sanksiya tətbiq etdiyini açıqlayıb.

Bloomberg xəbər agentliyinin məlumatına görə, Qərb ölkələrinin Moskvaya qarşı tətbiq etdiyi geniş sanksiyalardan sonra Rusiya prezidenti Vladimir Putin ölkənin ehtiyac duyduğu silahları təmin etmək üçün Şimali Koreya və İrana müraciət edib.

Amerika Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi Rusiya və İran arasında hərbi uçuşların koordinasiyasında iştirak etdiyinə görə, o cümlədən Rusiyaya pilotsuz uçan aparatların, personalın və avadanlıqların daşınması uçuşlarında iştirak etdiyi üçün Tehranda yerləşən səfir hava limanı xidmətlərinə sanksiya tətbiq etdiyini açıqlayıb.

Birləşmiş Ştatlar bildirir ki, Rusiya Hərbi Hava Qüvvələri Ukraynadakı müharibədə öz pilotsuz təyyarələri ilə yanaşı İran pilotsuz təyyarələrindən də istifadə etməyi planlaşdırır.

“Associated Press” agentliyi iki həftə əvvəl xəbər vermişdi ki, Rusiya İrandan Ukraynaya qarşı müharibədə istifadə edə biləcək yüzlərlə pilotsuz təyyarə alıb.

Ukraynaya hərbi müdaxiləsi səbəbindən iqtisadi sanksiyalar və məhdud resurslarla üzləşən Rusiya silah tədarükü üçün əsas müttəfiqlərindən sayılan İrana üz tutub.

Amerika rəsmiləri bildirirlər ki, Rusiya təyyarələri bu dronları bir neçə gün ərzində İrandakı hava bazasından Rusiyaya köçürüb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar