SON XƏBƏRLƏR

Amerika və onun ərəb müttəfiqləri İranı bölgədə nüvə böhranı yaratmaqda günahlandırıb

2021.11.18, 11:40
Amerika və onun ərəb müttəfiqləri İranı bölgədə nüvə böhranı yaratmaqda günahlandırıb

Gunaz.tv

Bu xəbərdarlıq xarakterli bəyanat, Amerika və Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin nümayəndələrinin İran məsələsi ilə bağlı Səudiyyə Ərəbistanında keçirdiyi birgə toplantısından sonra yayılıb. 

Bəyanatda, İran İslam Respublikası regionda nüvə böhranı yaratmaqla yanaşı həm də ballistik raketlər proqramını, eləcə də pilotsuz uçuş aparatlarını inkişaf etdirmək yolu ilə Orta Şərqdə sabitliyi pozmağa cəhddə günahlandırılıb. 

Qeyd edilir ki, Amerika və Körfəz Əməkdaşlıq Şurası nümayəndələrinin Ər-Riyadda keçirdiyi birgə toplantısının sonunda qəbul edilən birgə bəyanatda İrandan istənilir ki, nüvə razılaşmasının canlandırılması üçün Vyanada aparılan danışıqlar fürsətindən istifadə edərək, regionda hər hansı bir yeni böhran və münaqişənin yaranmasının qarşısını alsın.

Qeyd edək ki, rəsmi Tehranla Avropa Birliyi arasında əldə olunan razılığa görə, İranla Qərb arasında Vyanada aparılan nüvə danışıqlarının 7-ci mərhələsi noyabrın 29-da keçiriləcək. 

نشست شورای همکاری خلیج فارس

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar