SON XƏBƏRLƏR

Amerika və İsrail prezidentləri arasında Tehranın nüvə proqramı ilə bağlı məsləhətləşmələr aparılıb

2022.10.27, 09:53
Amerika və İsrail prezidentləri arasında Tehranın nüvə proqramı ilə bağlı məsləhətləşmələr aparılıb

Gunaz.tv

Donald Tramp 2018-ci ildə nüvə sazişindən çıxdıqdan sonra Amerika prezidentliyi sazişə qayıtmaq və nüvə razılaşmasını canlandırmaq üçün İranla yenidən danışıqlar aparmağa çalışmasına baxmayaraq, nəhayət, keçən həftə hələlik nüvə razılaşması danışıqlarını canlandırmaq üçün diplomatiyadan imtina etdiyini açıqladı.

Moskvanın müharibədə hərbi gücünü artırmaq məqsədi ilə İranın bu ölkəyə pilotsuz təyyarələr göndərməsindən hiddətlənən Vaşinqton indi Tehran hökumətinin siyasətlərinə qarşı daha təsirli addımlar atmağı planlaşdırır.

“Bu, İranın öz vətəndaşlarını necə əzməsinin nümunəsidir; Bu hökumət bütün bu vaxt ərzində nüvə silahı istehsalına doğru irəliləyir və Ukraynada günahsız vətəndaşları öldürmək üçün Rusiyaya öldürücü silahlar verir. Bu müzakirəsi vacib olan bir məsələdir”,- deyə, İsrail prezidenti Co Baydenlə Ağ Evdə görüşü zamanı tehran rejiminin etirazçılara qarşı repressiyalarına işarə edərək bildirib.

İki prezident, həmçinin daimi sərhədin yaradılması üçün oktyabrın 27-də rəsmi olaraq imzalanması planlaşdırılan İsrail-Livan dəniz müqaviləsi haqqında danışıblar; Birləşmiş Ştatlar bu razılaşmanın müzakirə edilməsində və onun yekunlaşmasında mühüm rol oynayıb.

Timur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar