SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti İranın təhdidinə cavab verdi

2022.04.19, 13:17
Amerika Dövlət Departamenti İranın təhdidinə cavab verdi

Gunaz.tv

İran prezidentinin İsrailin mərkəzinə hücum edəcəyi ilə hədələməsindən bir gün sonra Dövlət Departamentinin sözçüsü deyib ki, İsrailin təhlükəsizliyi Amerika üçün müqəddəsdir.

Amerika İsrail və onun digər regional tərəfdaşları ilə birlikdə SEPAH-ın bölgədəki təxribatçı əməllərinin qarşısını almaq üçün bütün vasitələrdən istifadə edəcək.

Ned Prays həmçinin İran hökumətinin Amerikanın nüvə danışıqlarının dayandırılmasında rol oynaması ilə bağlı iddialarını rədd edərək deyib ki, əgər İran nüvə müzakirələrindən irəliləyişin olmasını istəyirsə Amerikanı maraqlandıran məsələlərlə bağlı razılığa gəlməlidir.

Qeyd edək ki, İran prezidenti İbrahim Rəisi Ordu günü münasibətilə Tehranda təşkil edilmiş paradda İsraillə ərəb ölkələri arasında münasibətlərin yaxşılaşmasından narahatlığını bildirib.

"Əgər İsrail bəzi ölkələrlə münasibətlərini normallaşdırmaq istəyirsə, bilsin ki, ən kiçik hərəkəti belə bizim gözümüzdən qaçmır”-deyə, Rəisi iki gün bundan öncə Tehranda ordu günü ilə bağlı keçirilən paradda çıxışı zamanı deyib. 

Timur
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar