SON XƏBƏRLƏR

Amerika, Böyük Britaniya və Fransadan İrana tələb

2022.08.02, 08:17
Amerika, Böyük Britaniya və Fransadan İrana tələb

Gunaz.tv

Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin 10-cu İcmal Konfransı zamanı dərc olunan bəyanatda adıçəkilən ölkələrin nazirləri böyük diplomatik səylərə baxmayaraq, İranın Birgə Hərtərəfli Plan çərçivəsində öhdəliklərini tam yerinə yetirmək fürsətini əldən verdiyini, nüvə danışıqlarının canlandırılması üçün imkanların dəyərləndirilmədiyindən təəssüfləndiklərini bildiriblər.

Onlar İrandan nüvə razılaşması və BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinin müddəalarını yerinə yetirməsini və açıqlanmadığı ehtimal edilən nüvə materialları və fəaliyyətləri ilə bağlı həll olunmamış məsələlərdə Beynəlxalq Atom Enerjisi Agentliyi ilə əməkdaşlıq etməyi istəyiblər.

Amerika prezidenti Co Bayden də konfransdan əvvəl məsələ ilə bağlı bəyanat yayıb.

"Müttəfiqlərimiz və regional tərəfdaşlarımızla koordinasiyada, diplomatiya və yeni təklif hazırlayaraq, nüvə danışıqlarını canlandırmağa və İranın nüvə silahı əldə etməsinin qarşısını almağa çalışırıq"-deyə, Bayden bildirib.

Qeyd edək ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə 10-cu İcmal Konfransı avqustun 1-də Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında işə başlayıb. Bu müqavilə 1970-ci ildə qüvvəyə minmişdir.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar