SON XƏBƏRLƏR

Amerika İranın Suriyadakı bazalarına yenidən zərbə endirib

2022.08.25, 04:58
Amerika İranın Suriyadakı bazalarına yenidən zərbə endirib

Gunaz.tv

CENTCOM-un bildirdiyinə görə, Amerika qüvvələri hücumlara "Apaçi" helikopterləri ilə cavab verib.

Ən azı üç avtomobil hədəf alınıb və raketlərin atılmasına görə məsuliyyət daşıdığı güman edilən bir neçə nəfər öldürülüb.

Məlumata görə, qarşıdurma yerli vaxtla saat 7:20 radələrində başlayıb, amerikan qüvvələrinin yerləşdiyi bazaya raket həmlələri və cavab hücumu təxminən iki saat davam edib.

Adının açıqlanmasını istəməyən Ağ Ev rəsmiləri "Reuters"-ə bildiriblər ki, ilkin məlumata görə, Amerikanın zərbələri nəticəsində İranın dəstəklədiyi qeyri-müəyyən sayda yaraqlı öldürülüb.

"İranın dəstəklədiyi qüvvələrin dünyanın heç bir yerində, o cümlədən Suriyadakı qüvvələrimizə qarşı hücumlarına dözməyəcəyik. Qüvvələrimizə olan bu cür hücumlara qarşı cavab verməkdən çəkinməyəcəyik",-deyə, Amerika müdafiə nazirinin müdafiə məsələləri üzrə müavini Kolin Kall bildirib.

Amerikanın yüksək rütbəli müdafiə rəsmisi də "Politico"-ya bildirib ki, İran İnqilab Keşikçiləri Korpusu bu hücumları təşkil etməkdə məsuliyyət daşıyır.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar