SON XƏBƏRLƏR

Amerikalı konqresmenlər SEPAh-la bağlı layihə hazırlayıb

2022.04.05, 09:56
Amerikalı konqresmenlər SEPAh-la bağlı layihə hazırlayıb

Gunaz.tv

Bu barədə "The Washington Free Beacon" saytı xəbər yayıb.

Məlumata görə, Amerika Konqresinin respublikaçı üzvlərinin hazırladığı layihə Bayden hökumətinin İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatları siyahısından çıxarılmasının qarşısının alınması məqsədi ilə tərtib edilib.

"Terrorizmi dəstəkləyənlər tərəfindən terroristlərlə bərabərliyin qarşısının alınması haqqında qanun" layihəsi SEPAH-ın terror təşkilatları siyahısından çıxarılması ehtimalına qarşı Konqresin təsdiqi ilə şərtləndirir.

Sözügedən qanun layihəsi Amerika Nümayəndələr Palatasının iki respublikaçı üzvü Brayan Mast və Skot Perri tərəfindən martın 4-də irəli sürülüb.

Xatırladaq ki, Brayan Mast İran İnqilab Keşikçiləri Korpusunun terror təşkilatları siyahısından çıxarılması ilə bağlı "Twitter" paylaşımında Bayden hökumətinin belə bir addım atmasını axmaqlıq adlandır.

O, yazıb ki, Co Bayden İranın nüvə anlaşmasını canlandırmaq üçün terrorçuların istədiyi hər şeyi onlara verir.  

Timur
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar