SON XƏBƏRLƏR

"İsrail İranın nüvə təhlükəsinə qarşı özünü müdafiə etməyə hazırdır"-Amerikalı senator

2022.09.14, 06:48
"İsrail İranın nüvə təhlükəsinə qarşı özünü müdafiə etməyə hazırdır"-Amerikalı senator

Gunaz.tv

Marşa Blekbern bildirib ki, Tehran atom bombası istehsal etməyə yaxınlaşarsa, İsrail İranın nüvə təhlükəsinə qarşı özünü müdafiə etmək üçün hərbi hərəkətlərdən istifadə etməyə hazırdır.

"Mən bu səfər zamanı nüvə razılaşmasının canlandırılmasının tərəfdarı olan bir nəfərə də rast gəlmədim. İsraillilər Amerikanın hələ də İranın şər oxunun bir hissəsi olduğunu bilə-bilə onunla iş görmək istəməsindən çox narahatdırlar"-deyə, Blakbern bu ayın əvvəllərində İsrailə səfəri zamanı keçirdiyi görüşlərin nəticələrindən danışarkən bildirib.

Onun dediyinə görə, Amerika qanunvericiləri İsrailə səfərləri zamanı bu ölkə liderlərini əmin ediblər ki, Bayden administrasiyası İranın milyardlarla dollarlıq aktivlərini azad etməyə çalışsa da, Birləşmiş Ştatlar İsrailin təhlükəsizlik infrastrukturunu gücləndirəcək.

Marşa Blakbern çıxışının sonunda vurğulayıb ki, əgər İsrail İranın nüvə silahı əldə etmək ərəfəsində olduğu qənaətinə gəlsə, özünü müdafiə etmək üçün mütləq lazımi addımları atacaq və İrana hücum edəcək.

Cavidan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar