"İsrail İranın nüvə obyektlərinə hücum edə bilər"-Amerikalı senator

30.03.2022, 16:49

Cənubi Karolinadan respublikaçı senator və Amerika Senatının Xarici Əlaqələr Komitəsinin yüksək rütbəli üzvü Lindsi Qraham Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün İsrailin bu ölkənin nüvə obyektlərinə hücum ehtimalının yüksək olduğunu deyib.

Gunaz.tv Quote | Gunaz article

O, martın 29-da mediaya verdiyi müsahibədə vurğulayıb ki, maksimum təzyiq və sanksiyalar İran rejiminin işini çətinləşdirsə də, Tehran hökumətinin nüvə ambisiyalarını dayandırmağın yeganə mümkün yolu İsrailin nüvə obyektlərinə hücum etməsindən asılıdır.

Cənubi Karolina senatoru həmçinin bildirib ki, İsrailə səfəri zamanı o, İranın nüvə proqramına Konqresin nəzarətini artırmaq üçün plan hazırlayıb. 

“Fevral ayında İsrailə səfərim zamanı bu ölkə rəsmilərindən İranın nüvə proqramı ilə bağlı əsas narahatlıqlarını və “qırmızı xətlər”in ətraflı siyahısını tərtib etməyi xahiş etdim və indi bunları Amerika Konqresi üçün öz nəzarət planına daxil etmək niyyətindəyəm”-deyə, senator bildirib.

İranın nüvə proqramını müzakirə etmək üçün İsrailin xarici işlər naziri Yair Lapid, "Mossad" və Şinbet liderləri, İsrailin keçmiş baş naziri Binyamin Netanyahu və İsrail hökumətinin ekspertləri ilə görüşən Qraham, israillilərin

İranın nüvə proqramı haqqında yalan danışdığ, əslində atom bombası yaratmağa çalışdığı barədə tutarlı sübutları olduğunu söyləyib.

Amerika Senatının Xarici Əlaqələr Komitəsinin üzvü Bayden administrasiyasının “Bərcam” kimi tanınan 2015-ci ildə İranla imzalanmış nüvə sazişini canlandırmaq səylərini sərt şəkildə tənqid edib.

"Əgər kar və lal deyilsinizsə, bu sizə aydın olmalıdır. İslam Respublikası həm İsrailə qarşı silah, həm də İranda rejimi saxlamaq vasitəsi kimi istifadə etmək üçün nüvə silahı yaratmağa çalışır”-deyə, Lindsi Qraham xəbərdarlıq edib. 

Cavidan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Vərziğanda Qacarlar dövrünə aid tarixi abidə dağılmaq üzrədir

2023-03-30

gun az article

“Görüş” proqramı: “Demokratiyaya keçidin müzakirəsi” və “Cilovluq qətliamı”-VİDEO

2023-03-30

gun az article

Təbrizdə avtobus kirayələri kəskin artdı

2023-03-29

gun az article

Təbrizili sənətçilər Beynəlxalq Film Festivalında mükafatlandırılıb

2023-03-29

gun az article

Güney Azərbaycanda müəllimlər etiraz aksiyaları keçiriblər

2023-03-29

gun az article

 “Özümüz” proqramında müzakirə: “Osmanlı-Səfəvi ilişkisi”  - VİDEO

2023-03-29

gun az article

Mərənddə 5 nəfər edama məhkum edildi

2023-03-29

gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24