SON XƏBƏRLƏR

Amerikadan tələb: "İran bəhailərə qarşı repressiyaları dərhal dayandırmalıdır"

2022.08.19, 09:02
Amerikadan tələb: "İran bəhailərə qarşı repressiyaları dərhal dayandırmalıdır"

Gunaz.tv

Rəşad Hüseyn İranın din və etiqad azadlığı ilə bağlı beynəlxalq öhdəliklərinə əməl etməli olduğunu deyib. O, bildirib ki, Tehran hökuməti bəhailərə qarşı hücumlara, onların haqsız yerə həbsinə dərhal son qoymalıdır.

Bundan öncə avqustun 3-də bəyanat yayan Amerika Dövlət Departamentinin Beynəlxalq Dini Etiqad Azadlığı İdarəsi İrandan bəhailiyə etiqad edən vətəndaşlara qarşı basqıları dayandırmağı tələb edib.

Son günlər İranda bəhai icmasının üzvlərinə qarşı təzyiqlər yenidən artıb və bir neçə gün ərzində onlarla bəhai vətəndaş həbs edilib.

Bununla yanaşı həbs edilən bəhailərin bir neçəsinin evləri dağıdılıb. Onlardan üçünə qarşı qondarma ittihamlar irəli sürülüb,İsrailə casusluqda günahlandırılıblar.

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşasa da, İran İslam Respublikasının Ana Yasası bəhai dinini müstəqil bir din kimi tanımır.

Cavidan
 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar