SON XƏBƏRLƏR

Amerikanın Nümayəndələr Palatası İrana qarşı daha bir layihəni qəbul etdi

2022.04.28, 09:17
Amerikanın Nümayəndələr Palatası İrana qarşı daha bir layihəni qəbul etdi

Gunaz.tv

Bununla da İranın pilotsuz uçuş aparatlarının istehsalının əhəmiyyətli dərəcədə azalacağı proqnozlaşdırılır.

2021-ci ilin dekabr ayında həm Demokratik, həm də Respublikaçı partiyaların bir sıra nümayəndələri tərəfindən təqdim edilən qanun layihəsi nəhayət bu gün aprelin 27-də təsdiqlənib.

Bu qanunun məqsədi Amerika və ya onun müttəfiqlərinə hücum etmək üçün istifadə edilən İran hökuməti və onun silahlı qüvvələrinin pilotsuz təyyarələrə və dronlara əl tapmasının qarşısını almaqdır.

“İslam Respublikası dəfələrlə beynəlxalq sabitliyi və Amerikanın maraqlarını təhdid etmək üçün dronlardan istifadə edib.

Konqres bu gün bu sabitliyi pozan davranışa qarşı çıxıb və İslam Respublikasının pilotsuz təyyarələrinin fəaliyyətini dayandıran qanun qəbul edib. Mən fəxr edirəm ki, bu qanunun qəbulunda rol oynamışam”-deyə, Florida ştatından deputat Ted Deyç aprelin 27-də paylaşdığı tvitdə yazıb.

Respublikaçı konqresmen Eliza Stefanik isə İranın dünyada terrorun ən böyük ixracatçısı olduğunu deyib və korrupsioner İran rejiminin pilotsuz uçan aparatlaraəldə etməsinə, onlardan terror aləti kimi istifadəsinə mane olan qanunları dəstəklədiklərini açıqlayıb.

 “Dünya bilməlidir ki, Amerika İranın ölümcül silahlara əl tapmasının qarşısını almaq üçün istənilən vasitədən istifadə edəcək”-deyə, o bildirib.

“İranın PUA-larının dayandırılması” adlanan plan Amerikanın İran hökumətinin hərbi fəaliyyətlərinə qarşı tətbiq etdiyi digər sanksiyalarla yanaşı, hissələrin alınmasının, PUA-ların və əlaqəli texnologiyaların İrana tədarükü, satışı və ötürülməsinin qarşısını alır.

Bunun qanuna çevrilməsi üçün Amerika Senatı da onu təsdiq etməlidir.

Yəmən müharibəsi başlayandan bəri Husi qüvvələri Səudiyyə Ərəbistanındakı hədəflərə hücum etmək üçün İran istehsalı olan partlayıcı dronlardan dəfələrlə istifadə ediblər.

Entoni Blinken daha əvvəl bəyan etmişdi ki, Amerika Tehran rejiminin dron proqramının qarşısını almaq üçün yol axtarır. 

Cavidan
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar