SON XƏBƏRLƏR

Amerikanın xüsusi nümayəndəsi Xamneyinin antisemit tvitinə etiraz edib

2022.07.29, 08:49
Amerikanın xüsusi nümayəndəsi Xamneyinin antisemit tvitinə etiraz edib

Gunaz.tv

Əli Xameneyinin özünün tvitter hesabında Qərblə İsrailin münasibətləri ilə bağlı bəyanatlarının dərci, Qərb dövlətlərini və yəhudiləri “mafiya” adlandırması onun bu sosial şəbəkədəki hesabının bağlanması tələbinin yenidən gündəmə gəlməsinə də səbəb olub.

"Qərb dövlətlərinin həqiqəti mafiyadır. Bu mafiyanın başında sionistlər və tanınmış yəhudi iş adamları və siyasətçiləri dayanır. Amerika da onların vitrinidir və bu hər yerə yayılır"-deyə, Xameneyi özünün sosial şəbəkə hesabında yazıb.

Dünyanın sərvətinin yəhudilərin əlində olması və bu varidat vasitəsilə dünyanın siyasi və iqtisadi işlərinə nəzarət etmələri haqqında mifi təkrarlamaq antisemitizm nümunəsidir.

Xameneyinin istifadəçi hesabında bu cümlələrin dərci sosial şəbəkələrdə İran liderlərinin yəhudi düşmənçiliyi mövzusunun yenidən geniş müzakirə edilməsinə səbəb olub.

Deborah Lipstatt Amerikanın Antisemitizmə Nəzarət və Mübarizə üzrə Xüsusi Nümayəndəliyinin rəsmi tvitter hesabında “Biz bu dəhşətli və davamlı antisemitizmi qınayırıq”-deyə, yazıb.

"Xameneyinin bəyanatları qəbuledilməzdir. Şübhəsiz ki, təhlükəli ritorikadır, xüsusən də bu dövlət başçısının ritorikasıdır və dayandırılmalıdır"-deyə, Amerikanın xüsusi nümayəndəsi bildirib.

Qeyd edək ki, mürtəce “İsrailin coğrafiya xəritəsindən silinməsi” ideyası İran rəsmiləri və SEPAH komandirləri tərəfindən də dəfələrlə gündəmə gətirilib.

Əli Xameneyi dəfələrlə öz çıxışlarında “növbəti 25 ildə İsrailin yer üzündən silinəcəyi və belə bir dövlətin dünyada olmayacağı" barədə söz açıb.

Təhlilçilər İran rəsmilərinin bu çıxışlarının İsrail və yəhudilərə qarşı bir başa müharibə elanı olduğunu deyir və bunun İsrailin İrana qarşı ata biləcəyi istənilən addıma legitimlik qazandırdığını bildirirlər.

Cavidan 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar