SON XƏBƏRLƏR

Amerikada yaşayan soydaşlarımız Vaşintqonda Ukraynaya dəstək aksiyası keçirib-FOTOLAR

2022.02.27, 04:04
Amerikada yaşayan soydaşlarımız Vaşintqonda Ukraynaya dəstək aksiyası keçirib-FOTOLAR

Gunaz.tv

Bu barədə ABŞ-da yaşayan diaspora fəalı Zaur Bayramlı məlumat verib. Onun sözlərinə görə, onlar Amerikada yaşayan azərbaycanlılara adından Rusiyanın təcavüzünə məruz qalmış Ukraynaya öz dəstəklərini ifadə ediblər. 

“Aksiyada Güney və Quzey Azərbaycandan, Türkiyədən və Qazaxıstandan olan soydaşlarımız iştirak edirdi.

Aksiya iştirakçılarının Ukraynanın ABŞ-dakı səfirliyinin 3 rəsmi təmsilçisi: Ukrayna səfirliyinin baş konsulu Konstantin Vorona, səfirliyin siyasət və mədəniyyət üzrə 1-ci katibi Taras Moskalenko və səfirliyinin mətbuat atteşesi Vladimir Rizniçenko qarşılayıb. 

Ukrayna səfirliyinin nümayəndələri aksiya iştirakçılarına verdikləri mənəvi dəstəyə görə təşəkkür ediblər. Çox səmimi söhbət etdik, xatirə şəkli çəkdirdik”. 

Zaur Bayramlı deyib ki, Ukrayna nümayəndələri Azərbaycan və Türkiyə prezidentlərinə verdikləri dəstəyə görə ayrıca təşəkkür ediblər.

ONTinGP.jpg

V8tcwdd.jpg

y7WwZlF.jpgSKKzlki.jpguw9XMLB.jpgVLJSNnt.jpg

ACT5Za4.jpg

Ayxan

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar