GünazTV: Almaniya kansleri Angela Merkel sentyabrın 11-də qatıldığı bir tədbirdə çıxış edərək, 2015-ci ildə İranla 5+1 qrupu arasında imzalanmış nüvə sazişindən və Avropa ölkələrinin həmin razılaşmaya sadiq qalmasından danışıb.
Merkel deyib ki, o İranla Avropa ölkələri arasında yaşanan gərginliyin aradan qaldırılması üçün yeni həll yollarının tapılması istiqamətində apardığı fəaliyyətini davam etdirəcək: “Avropa, 2015-ci ildə İranla bağlanmış nüvə razılaşmasına (“Bərcam”a) sadiq qalmaq qərarına gəlib.
Biz, İranla çiyin-çiyinə addımbaaddım irəliləyərək, regionda yaşanan və dünya birliyinin həssaslığına səbəb olan mövcud çaxnaşmanın artmasının qarşısını almaq üçün yollar tapmağa çalışırıq. Bu isə bizim borcumuzdur” -deyə Almaniya kansleri Angela Merkel vurğulayıb.
A.M