Merkel və Makrondan Qarabağ və Rusiya açıqlaması: “Ərdoğanla danışdıq”

2021-06-19 13:07

Almaniya kansleri Angela Merkel Fransa Prezidenti Emmanuel Makronla Berlindəki görüşündən əvvəl keçirilən mətbuat konfransında 24-25 iyun tarixlərində gözlənilən AB Liderləri Sammitində müzakirə ediləcək mövzular haqda açıqlama verib.

Gunaz.tv Quote | Gunaz article

Kansler sammitdə xarici siyasət məsələləri, eləcə də Rusiya və Türkiyə ilə əlaqələrin də müzakirə ediləcəyini deyib.

Merkel həm Makronun, həm də özünün NATO Sammiti çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşdüyünü xatırladıb.

Böyük çətinliklərlə qarşılaşdıqlarını və fikir ayrılıqlarına sahib olduqlarını söyləyən Merkel qeyd edib ki, bütün bunlara baxmayaraq, bu ölkələr bir-birinə bağlıdır.

Rusiya ilə münasibətlərin G7 Sammitində də müzakirə olunduğunu xatırladan kansler qeyd edib:

“Rusiya bizim üçün böyük sınaqdır. Rusiya da AB-nin ən böyük kontinental qonşusudur. Hamımız hibrid hücumlara məruz qaldığımızı deməliyik. Digər tərəfdən, AB-də təhlükəsizlik və sabitlik istəyiriksə, nə qədər çətin də olsa, Rusiya ilə danışıqları davam etdirməliyik”.

ABŞ Prezidenti Co Baydenin Rusiya lideri Vladimir Putinlə görüşdüyünü xatırladan Merkel Avropa tərəfinin də bunu etməsinin doğru olduğunu bildirib. Makron Merkelin Türkiyə və Rusiya ilə bağlı açıqlamaları ilə razılaşdığını söyləyib.

Mart ayında Türkiyə ilə əlaqələrə dair müəyyən edilmiş şərtləri müzakirə edəcəklərini dilə gətirən Makron Yunanıstanın və Cənubi Kiprin maraqlarını, xüsusilə Aralıq dənizinin şərqi, Suriya, Liviya və Cənubi Qafqaz (Qarabağ) bölgələri ilə bağlı strateji məsələləri müzakirə edəcəklərini bildirib. (teleqraf.com)

Ayxan

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Suriyada Əsəd hərbçilərinin avtobusu partlayıb, ölən və yaralananlar var

2021-08-04

gun az article

İran tərəfindən qaçırıldığı iddia olunan gəmi BƏƏ sahillərində sərbəst buraxılıb

2021-08-04

gun az article

Gürcüstanda koronavirusun dördüncü dalğası pik həddə çatıb

2021-08-04

gun az article

Azərbaycan və Yaponiya XİN başçıları telefonla danışdı

2021-08-04

gun az article

Daha 3 qazimiz Türkiyəyə göndərildi

2021-08-04

gun az article

Füzulidə daha bir erməni hərbçinin qalıqları tapıldı

2021-08-04

gun az article

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub

2021-08-04

gun az article

Türkiyə və Azərbaycan yanğınsöndürənləri Dənizli bölgəsindəki yanğını söndürüb

2021-08-04

gun az article

Pakistanlı ekspert: "Ermənistanın təxribatları regionda sabitliyi pozur"

2021-08-04

gun az article

Azərbaycanlı güləşçi Olimpiadada gümüş medal qazanıb

2021-08-04

gun az article

Uydurma “erməni soyqırımını” ifşa edən yeni kitab nəşr edildi

2021-08-04

gun az article

MN: "Azərbaycan Ordusuna məxsus PUA-nın Ermənistan ərazisinə keçməsi məlumatı yalandır"

2021-08-04

gun az article

Ned Prays: “Amerika Vyanada İranla apardığı dolayısı danışıqların 7-ci mərhələsini başlamağa hazırdır”

2021-08-04

gun az article

Ukrayna Nazirlər Kabinetini partlatmağa cəhd göstərən şəxs saxlanılıb-VİDEO

2021-08-04

gun az article

Səudiyyə rəsmisi: “İran regionda öz mənfi hərəkətləri ilə daha da cəsarətlənib”

2021-08-04

gun az article

“Rus ordusu Qarabağda daimi qalmalıdır” – Araik Arutunyan

2021-08-04

gun az article

Türkiyə Ali Hərbi Şurasının toplantısı başlayıb

2021-08-04

gun az article

Müdafiə Nazirliyi kadr dəyişiklikləri barədə məlumatlara aydınlıq gətirib

2021-08-04

gun az article

Naftali Bennet: “Tehranda rahat dinc yerdə oturub bütün Orta Şərqi alovlandırmaq dövrü artıq başa çatıb”

2021-08-04

gun az article

Paşinyan Rəisinin andiçmə mərasiminə qatılacaq

2021-08-04