SON XƏBƏRLƏR

Mərkəzi vilayətinin valisi Ərakda etiraz edən fəhlələri təhdid edib: “Yollar bağlansa, sizə qarşı tədbir görüləcək!”

2021.10.20, 07:36
Mərkəzi vilayətinin valisi Ərakda etiraz edən fəhlələri təhdid edib: “Yollar bağlansa, sizə qarşı tədbir görüləcək!”

Gunaz.tv

GünAz TV: Mərkəzi vilayətinin valisi Əli Ağazadə “Hepko” şirkətinin fəhlələrinin bir neçə gündür davam edən etiraz aksiyasına münasibət bildirib.

 

O, şirkət əməkdaşlarının gecikmiş əməkhaqlarının verilməsi üçün Sənaye, Mədən və Ticarət Nazirliyinin 30 milyard tümən pul ayıracağının ehtimal edildiyini deyib.

 

“Fəhlələrin gecikmiş əməkhaqlarının ödənməsi üçün heç bir hüquqi əsas yoxdur, lakin bu il 1 milyard 200 milyon tümən miqdarında vəsait artıq onlara ödənib. Lakin işçilərin qalan maaşların ödəmək üçün 30 milyard tümən tələb olunur”- deyə vali əlavə edib.

 

Əli Ağazadə qeyd edib ki, “Hepko” şirkətinin müdirinin olmadığına görə, bu problemlərə cavabdeh olan şəxs yoxdur. Buna görə də, şirkətin rəhbərliyi Özəlləşdirmə Təşkilatının təsdiqi ilə 48 saat içində son bir ildə tətbiq edilmiş qaydada təyin ediləcək.

 

Vali fəhlələrin ağır həyat şəraitinə heç bir əhəmiyyət verməyərək, onları etiraz keçirməsini, yolları bağlamasını, eləcə də Ədliyyə və Valilik binaları qarşısında toplaşmasını qınayıb.

 

O, fəhlələri bir daha yolları bağladıqları təqdirdə, məsuliyyətə cəlb ediləcəkləri ilə bağlı təhdid edib.

 

Əli Ağazadə iddia edib ki, “bu, adi etiraz deyil, qarşıdan gələn seçkilərə kölgə salmaq üçün hazırlanmış siyasi motivli hadisədir”.

 

Xatırladaq ki, Ərakın “Hepko” zavodunun fəhlələri müəssisənin fəaliyyətinin davamının qeyri-müəyyən olması və əməkhaqlarını ala bilmədiklərinə görə, bir neçə gündür etiraz aksiyaları keçirirlər.

 

Ümumiyyətlə, son aylar ərzində ağır iş şəraiti, əməkhaqlarının verilməməsi və digər bu kimi səbəblərdən İranın müxtəlif bölgələrində onlarla etiraz aksiyası keçirilib.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar