SON XƏBƏRLƏR

Meşginşəhrdə saxlanılan Siyamək Seyfi ittihamlardan bəraət qazanıb

2021.10.20, 07:36
Meşginşəhrdə saxlanılan Siyamək Seyfi ittihamlardan bəraət qazanıb

Gunaz.tv

GünAz TV: 2019-cu il noyabr ayı etirazları ilə əlaqədar saxlanılan güney azərbaycanlı milli-mədəni fəal Siyamək Seyfi irəli sürülən ittihamlardan bəraət qazanıb.

 

Fəal ötən il noyabr ayında İran və Güney Azərbaycan şəhərlərində bahalığa qarşı keçirilən etiraz aksiyaları  bəhanəsi ilə Meşginşəhrdə (Xiyav) yaxalanıb, o 10 gün saxlandıqdan sonra 150 milyon tümənlik mülki vəsiqə qarşılığında sərbəst buraxılıb.

 

Meşginşəhr Məhkəməsinin 102-ci şöbəsi təhlükəsizlik orqanının iddia etdiyi “əhalini iğtişaş yaratmağa təhrik etmək” ittihamının sübuta yetirilmədiyini deyərək azərbaycanlı fəala bəraət verib.

 

Məhkəmə hökmündə qeyd olunub ki, müttəhimin mobil telefonu dinlənilib, onun əhalinin iğtişaş yaratmağa təhrik etməklə bağlı heç bir hərəkəti olmayıb. Həmçinin Meşginşəhrdə müttəhimin çağırışından irəli gələn hər hansı iğtişaş baş verməyib.

 

2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına etiraz olaraq keçirilən etiraz aksiyaları zamanı Güney Azərbaycan şəhərlərində çox sayda milli-mədəni fəal saxlanılıb və ağır işgəncələrə məruz qalıblar. Onlardan bir çoxu hələ də qondarma ittihamlarla İran təcridxanalarında saxlanılır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar