SON XƏBƏRLƏR

Məşhəd zindanında əlil arabasında gəzən gənc məhkum dara çəkilib

2021.10.20, 07:36
Məşhəd zindanında əlil arabasında gəzən gənc məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib. Hadisə dörd gün əvvəl baş versə də, bu barədə xəbər yenicə yayılıb.

 

 İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, dörd il əvvəl naməlum səbəbə görə baş vermiş davada qətl törədən, hadisə yerindən qaçarkən polisin odlu silahdan açdığı atəş nəticəsində onurğa beyini nahiyəsindən zədələnib əlil olan 27 yaşlı məhkum Tövhid Salehi, fevralın 29-u sübh saatlarında Məşhədin Vəkilabad zindanında otuurduğu əlil arabasında dara çəkilib.

 

Bildirilir ki, edamdan əvvəl, qətlə yetirilən şəxsin valideynləri qatili bağışlamaq üçün ondan 1 milyard tümən (təxminən 70 min dollar- red) qan pulu tələb etsə də, məhkumun ailəsi həmin pulu düzəldib verə bilmədiyindən ölüm hökmü yerinə yeririlib və əlil arabasında gəzən gənc məhkum dar ağacından asılıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar