SON XƏBƏRLƏR

Məşhəddə bəhai xanım barəsində çıxarılmış 1 illik həbs cəzasını çəkmək üçün zindana salınıb

2021.10.20, 07:36
Məşhəddə bəhai xanım barəsində çıxarılmış 1 illik həbs cəzasını çəkmək üçün zindana salınıb

Gunaz.tv

GünAzTV: İranda bəhai dininə mənsub olduğu üçün 1 il həbsə məhkum edilən Fəttanə Nəbilzadə, barəsində çıxarılmış həbs cəzasını çəkmək üçün zindana salınıb.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, Fəttanə Nəbilzadə, 2013-cü ilin avqust ayında Məşhəddə ETTELAAT-ın yerli əməkdaşları tərəfindən şəxsi mənzilində tutulmuşdu. O, inqilab məhkəməsi tərəfindən bəhai dininə inanmaqda və sistemə qarşı təbliğat aparmaqda günahlandırılaraq 1 il həbsə məhkum edilsə də, az sonra mülki vəsiqə girovu qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmışdı.

 

Bildirilir ki, bəhai xanım, iyulun 18-də inqilab məhkəməsinə çağırıldıqdan sonra barəsində çıxarılmış 1 illik həbsi çəkmək üçün Məşhədin mərkəzi zindanına köçürülüb.

 

Qeyd edək ki, rəsmi statistikaya görə, hazırda İranda 350 mindən çox bəhai yaşayır. İran İslam Respublikası konstitusiyası bəhai dinini müstəqil bir din kimi tanımır. Elə buna görə də, son 40 ildə ölkədə bəhailərin sərbəst təhsil almasına və onların dövlət idarələrində işə götürülməsinə qadağa qoyulub, digər hüquqları məhdudlaşdırılıb. İrandakı ruhanilərin təhriki ilə “Hizbullah”çı dəstələr, vaxtaşırı bəhailərin iş yerlərinə hücum edir, mağazalarını bağlatdırır və ya yandırır, qəbiristanlıqlarını dağıdırlar. 1979-cu ildə İranda üzdəniraq islam hakimiyyəti qurulandan bu günə kimi, ölkədə yüzlərlə bəhai edam edilib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar