SON XƏBƏRLƏR

Məşhəddə daha 1 məhkum dara çəkilib

2021.10.20, 07:36
Məşhəddə daha 1 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranın Məşhəd şəhərində qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, beş il əvvəl gizli münasibətdə olduğu qadının ərini qətlə yetirən 25 yaşlı məhkum, yanvarın 16-sı sübh saatlarında Məşhədin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəhkumun adı mediaya açıqlanmayıb.

 

Həmçinin bildirilir ki, Məşhəd məhkəməsi ərinin qətlə yetirilməsində qatilə yardım edən xəyanətkar qadın isə uzunmüddətli həbsə məhkum edilib.

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar