SON XƏBƏRLƏR

Məşhəddə daha 1 məhkum edam edilib

2021.10.20, 07:36
Məşhəddə daha 1 məhkum edam edilib

Gunaz.tv

GünazTV: İranda qətldə günahlandırılaraq ölümə məhkum edilmiş daha 1 nəfər edam edilib.

 

İrandakı hüquq müdafiəçilərinin  yaydığı xəbərə əsasən, dörd il əvvəl Məşhəddə naməlum səbəbə görə qətl törədən İsfahan şəhər sakini, 39 yaşlı məhkum Cahan Aqoşteh, oktyabrın 8-i sübh saatlarında Məşhədin mərkəzi zindanında dara çəkilib. Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

 

Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar