SON XƏBƏRLƏR

Məşhəddə daha 3 məhkum dara çəkilib

2021.10.20, 07:36
Məşhəddə daha 3 məhkum dara çəkilib

Gunaz.tv

GünazTV: İranın Məşhəd şəhərində qətldə günahlandırıldığına görə ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib.  

 

İranlı hüquq müdafiəçilərinin yaydığı xəbərə əsasən, bir neçə il əvvəl Rəzəvi Xorasan əyalətinin müxtəlif bölgələrində naməlum səbəbə görə qətl törədən və adları ixtisarla mediaya açıqlanan hər 3 məhkum, iyulun 31-i sübh saatlarında Məşhədin mərkəzi zindanında dara çəkiliblər. Edam edilənlərin məhkəmə prosesi barədə hər hansı bir məlumat yayılmayıb.

 

Məşhədin mərkəzi zindanı

 

 Qeyd edək ki, İran İslam Respublikası, əhalisinin sayına nisbətən ölkədə həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar