SON XƏBƏRLƏR

Məşhəddə "imam Rza hərəmi" bağlanır

2021.10.20, 07:36
Məşhəddə "imam Rza hərəmi" bağlanır

Gunaz.tv

GünAz TV: Məşhədin "imam Rza hərəmi" bu il Novruz bayramında zəvvar qəbul etməyəcək.

 

Rəzəvi Xorasanının Dini İşlər üzrə İdarəsinin yaydığı bəyanata görə, bundan başqa, 14-17 mart tarixlərində də ziyarətgah kompleksi qapalı olacaq. İdarə buna səbəb kimi koronavirusun ölkəni cənginə almasını göstərib.

 

Bir neçə gün əvvəl Rəzəvi Xorasanının valisi Əlirza Rəzm Hüseyni da Novruz bayramı zamanı Məşhədin bütün otellərdə turist və ya ziyarətçi qəbul etmək qadağan edilib.

 

Məşhəd bələdiyyəsinin sədri Məhəmmədrza Kəlayi də ötən gün məsələyə öz "İnstagram" səhifəsində münasibət bildirib:

 

"Məşhəddə vəziyyət həddindən artıq kəskin və narahat edici olub. Təəssüf ki, proqnozlaşdırdığımız çox pis şeylər baş verməkdədir. Biz hər kəsi təhdid edən təhlükə qarşısında lazımi səviyyədə məsuliyyətli davranmadıq. Bu həftə Məşhədin ən taleyüklü həftəsidir", - deyə bələdiyyə sədri yazıb.

 


Qeyd etmək lazımdır ki, Məşhəd bələdiyyəsinin və Şəhər Şurasının rəsmiləri şəhərin karantinə alınmasını tələb etsələr də, valilik buna müsbət cavab verməyib.

 

Ə.A

 

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar