SON XƏBƏRLƏR

Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu

2021.10.20, 07:36
Məşhur “Adidas” şirkəti “Traxtur”a sponsor oldu

Gunaz.tv

GünAz TV: Dünya şöhrətli idman brendi “Adidas” şirkəti Güney Azərbaycanın “Traxtur” futbol komandasının sponsoru olub.

 

Bu, avqustun 13-də Təbrizin Purşərifi salonunda keçirilən tədbirdə məlum olub. “Traxtur” klubu çərşənbə axşamı günü keçirdiyi təqdimat mərasimində komandanın yeni köynəyi, loqosu və oyunçuların nömrəsini təqdim edib.

 

Mərasimdə təxminən 10 min “Traxtur” tərəfdarı iştirak edib, onların arasında çox sayda qadın tərəfdar da olub.

 

Mərasimə klubun sahibi Məhəmmədrza Zenuzi və atası, baş məşqçisi Mustafa Dənizli və klubun digər məsulları da qatılıb.

 

“Traxtur”un 19-cu super liqa yarışlarındakı köynəyi Məsud Şocayi, Əşkan Dejaqe, Ehsan Hacısəfi, Rza Əsədi və Məhəmmədrza Azadi tərəfindən təqdim olunub. Ondan sonra komanda oyunçuları “Adidas” şirkəti tərəfindən hazırlanan köynəklə “Traxtur” tərəfdarlarının qarşısına çıxıblar.

 

Klub sahibi o halda “Adidas” kimi dünya şöhrətli bir şirkətlə müqavilə imzalayıb ki, İranın əksər klubları müəyyən problemlərdən dolayı daxili brend və ya ikinci dərəcəli xarici brendlərə üz tutur. Komanda tərəfdarları bu cəhətdən klub sahibinə öz təşəkkürlərini bildiriblər.

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar