SON XƏBƏRLƏR

Məşhur “Ayrılıq” mahnısının müəllifi vəfat etdi

2021.10.20, 07:36
Məşhur “Ayrılıq” mahnısının müəllifi vəfat etdi

Gunaz.tv

GünAz TV: Məşhur “Ayrılıq” mahnısının sözlərinin müəllifi Fərhad təxəllüslü Rəcəb İbrahimi Korabazlı (Korabbaslı) 83 yaşında dünyasını dəyişib.

 

Şair Fərhad İbrahimi 1936-cı ildə Ərdəbil Əyalətinin Nir şəhərinin Korabazlı kəndinin Yurdçu məntəqəsində dünyaya göz açıb.

 

F.İbrahimi bəstəkar və tarzən Əli Səlimi ilə tanış olduqdan sonra “Ağlama”, “Açıl Səhər” və “Ayrılıq” şeirlərini yazıb.

 

“Ayrılıq” mahnısı ilk dəfə Ə.Səliminin həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran radiosunda səsləndirilib.

 

Mahnı 1963-cü ildə Tehrana səfər edən Rəşid Behbudov tərəfindən ifa edildikdən sonra “Ayrılıq”-ın şöhrəti İran və Güney Azərbaycan sərhədlərini aşmağa başlayıb, sadəcə Azərbaycann deyil Türk dünyasının ən məşhur mahnılarından biri kimi tanınır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar