SON XƏBƏRLƏR

MƏŞHUR ƏRDƏBİLLİ ATLET İDMAN KARYERASINI BAŞA VURDUĞUNU və PEKİN OLİMPİADASINA DA QATILMAYACAĞINI BƏYAN EDİB

2021.10.20, 07:36
MƏŞHUR ƏRDƏBİLLİ ATLET İDMAN KARYERASINI BAŞA VURDUĞUNU və PEKİN OLİMPİADASINA DA QATILMAYACAĞINI BƏYAN EDİB

Gunaz.tv
MƏŞHUR ƏRDƏBİLLİ ATLET İDMAN KARYERASINI BAŞA VURDUĞUNU və PEKİN OLİMPİADASINA DA QATILMAYACAĞINI BƏYAN EDİB huseynrzazade3.jpg Hüseyn Rzazadə Məşhur azərbaycanlı atlet, ağırlıqqaldırma üzrə ikiqat olimpiya çempionu Hüseyn Rzazadə idman karyerasını başa vurduğunu, eyni zamanda builki Pekin olimpiadasında iştirakdan imtina etdiyini bəyan edib. «Media forum» saytının məlumatına görə, ərdəbilli atlet iyulun 23-də Tehranda jurnalistlərə açıqlamasında ciddi bel ağrısından və şəkər xəstəliyindən əziyyət çəkdiyini deyib. İulun 22-də İran Ağırlıqqaldırma Federasiyasının rəhbəri Bəhram Əfşarzadə, federasiyanın məşqçiləri və çempionun həkimləri H.Rzazadəyə birgə məktub ünvanlayıblar. Məktubda onun səhhətindəki ciddi problemlər xatırladılıb və ona Pekin olimpiadasına qatılmamaq məsləhət görülüb. Məktubda idman sahəsində qazandığı bütün nailiyyətlərə və çəkdiyi zəhmətlərə görə H.Rzazadəyə təşəkkür də bildirilib. Bir neçə ay əvvəl bəzi xarici reklam şirkətləri ilə əməkdaşlıq etdiyi üçün İran Ağırlıqqaldırma Federasiyasının rəhbərliyi H.Rzazadəni tənqid etmiş, çempionu federasiyanın qaydalarını pozmaqda günahlandırmışdı. Həmin ərəfədə H.Rzazadə Dubayda mənzil tikintisi ilə məşğul olan «Robinson» adlı şirkətin bir dəqiqəlik reklam çarxına görə 200 milyon tümən (təxminən 200 min dollar) məbləğində qonorar almışdı. Qınaqlara cavab olaraq ərdəbilli atlet ölkə qarşısında xidmətlərinin lazımınca qiymətləndirilməməsindən şikayətlənmişdi: «Bir neçə il əvvələ qədər mənim Tehranda balaca bir mənzilim də yox idi. Məni futbolçularla müqayisə edin. Ölkəyə mən çox başucalığı gətirmişəm, yoxsa onlar? Mən çox zəhmətə qatlaşmışam, yoxsa onlar? Mən gün ərzində üst-üstə onlarla ton çəkini başım üstünə qaldırıram». H.Rzazadə İran qanunlarını pozmadığını vurğulayaraq hər hansı reklamda iştirak edib-etməməyin onun şəxsi işi olduğunu vurğulamışdı: «Peşəkar idman dünyasında çempionların reklamlarda iştirakı normal bir haldır. Dünyanın tanınmış çempionları ildə təkcə reklamdan milyonlarla dollar qazanc əldə eldir. Mən bu günə qədər İran idmanı üçün çəkdiyim zəhmətin müqabilində lazımınca qiymətləndirilməmiş, mükafatlandırılmamışam. Mənə nə qədər mükafat veriblər ki, özüm üçün yeni gəlir mənbəyi axtarmayım?» «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar