SON XƏBƏRLƏR

Məşhur tamaşa ədəbilli səhnə ustaları tərəfindən nümayiş etdiriləcək – Azərbaycan Respublikasında / VİDEO

2021.10.20, 07:36
Məşhur tamaşa ədəbilli səhnə ustaları tərəfindən nümayiş etdiriləcək – Azərbaycan Respublikasında / VİDEO

Gunaz.tv

GünAz TV: Azərbaycan Respublikasında “Qız qapısı, Şah qapısı” tamaşası nümayiş olunacaq.

 

Bu barədə Ərdəbil Əyaləti İslami İrşad və Mədəniyyət İdarəsinin rəisi Nasir İshaqi məlumat verib.

 

https://www.youtube.com/watch?v=V_ajye6nbfY

 

Ədəbilli səhnə ustaları tərəfindən nümayiş etdiriləcək tamaşa bundan öncə Tehran, Gilan və Ərdəbil Əyalətlərində səhnələşdirilib.

 

Məşhur tamaşanın ssenari müəllifi və rejissoru Səlim Rəhimidir.

 

“Qız qapısı, Şah qapısı” tamaşasında çoxlu elçisi olan Sərvət adlı bir gənc qızdan bəhs olunur. O Cavanşir adlı bir oğlanı sevir, lakin ailəsi onların ailə qurmasına qarşı çıxır. Sonda Cavanşirin subay olan babası ilə Sərvətin subay nənəsi bir-birlərini sevən gənclərə yardım ediblər...”

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar