SON XƏBƏRLƏR

Məşhur türkiyəli müğənninin “Traxtur” komandası tərəfdarlarına sürprizi var

2021.10.20, 07:36
Məşhur türkiyəli müğənninin “Traxtur” komandası tərəfdarlarına sürprizi var

Gunaz.tv

GünAz TV: Türkiyəli müğənni İlyas Yalçıntaş Güney Azərbaycanın “Traxtur” komandası tərəfdarlarına sürpriz hazırlayıb.

 

O bu barədə noyabrın 20-da Twitter səhifəsində post paylaşıb.

 

“Təbrizin şanlı türk komandası; Yaxın zamanda sizə gözəl bir sürprizim olacaq”- deyə o qeyd edib.

 

Türk müğənninin sürprizini səbirsiliklə gözləyən “Traxtur” tərəfdarları sürprizin konsert, mahnı, klip və ya s. kimi işlərlə bağlı olacağını ehtimal edirlər.

 

Adını çəkdiyimiz tanınmış müğənni dəfələrlə “Traxtur” komandasını yaxından izləmək və Təbrizdə konsert leçirməyə cəhd edib, lakin bu mümkün olmayıb. O hətta ötən il Təbrizdə konsert vermək üçün rəsmi icazə də alıb, buna baxmayaraq İran Mədəniyyət və İrşad Nazirliyi təyin olunmuş vaxta bir neçə həftə qalmış konserti ləğv edərək müğənniyə Kiş adasında konsert keçirməyi məsləhət görüb.

 

İran rejimi türk mədəniyyət və incəsənətinin inkişafının qarşısını almaq üçün bu günə qədər heç bir türkiyəli müğənniyə Güney Azərbaycanda konsert keçirmək icazəsi verməyib, hətta yerli güneyli müğənnilərə çox nadir hallar istisna olmaqla konsert icazəsi verilmir.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar