Məsumə Ebtekar: “İranda ali təhsilli işsiz qadınların sayı, işsiz kişilərin sayından 3-4 dəfə çoxdur”

19.10.2019, 11:17

GünazTV: İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Məsumə Ebtekar oktyabrın 18-də jurnalistlərə açıqlamasında ölkədə ali təhsilli işsiz qadınların sayının çoxluğundan və qadınlara qarşı mövcud ayrı-seçkilikdən danışıb.

 

Öz açıqlamasında ailə başçısı olan qadınların və ali təhsil almış gənc qızların iqtisadi baxımdan güc və imkanlarının artırılması üçün proqramlar hazırlanmasının vacibliyindən danışan Ebtekar deyib ki, ölkədə qadınların işlə təmin edilməsinə prioritet bir məsələ kimi baxılmır: “İranın əksər yerlərində, o cümlədən də kəndlərdə ali təhsil almış işsiz qadınların sayı, işsiz kişilərin sayından 3-4 dəfə çoxdur. Bizim mühüm proqramlarımızdan biri həmin qadınlara iqtisadi baxımdan öz ayaqları üstündə durmaq üçün yardım etməkdir.

 

Bundan başqa, kənd qadınları istehsalda böyük rol oynasalar da, onlara bu fəaliyyətləri qarşılığında əmək haqqı verilmir, qiymətləndirilmir. Bu isə kəndlərdə hakim olan köhnə və düzgün olmayan mədəni və ictimai quruluşla bağlıdır. Ümid edirik ki, kənd qadınlarının cəmiyyətdə daha fəal iştirak etməsi üçün, eləcə də bu quruluşun və kənd mədəniyyətinin tədricən dəyişməsi istiqamətində bir sıra əməli addımlar atılacaq, islah işləri aparılacaq” –deyə, İran prezidentinin qadınlar və ailə məsələləri üzrə müavini Məsumə Ebtekar əlavə edib.

 

İran Statistika Mərkəzinin bildirdiyinə görə, hazırda İranda işsiz olan vətəndaşlardan 1 milyon 190 min nəfəri ali təhsil almış gənclərdir. Onların isə 932 min nəfərini ali təhsilli qadınlar təşkil edir.

 

İran parlamentinin deputatı Əbülfəzl Əbuturabi

 

Bundan əvvəl, İran parlamentinin deputatı Əbülfəzl Əbuturabi “Teleqram” kanalında yaydığı bir yazıda qadınların dövlət idarə və müəssisələrində işə götürülməsinə qarşı çıxdığını bildirmişdi: “Qadınların işə götürülməsi böyük problemdir. Nə qədər ki, cəmiyyətdə ali təhsilli işsiz kişilər var, qadınların işləməsinə nə ehtiyac var ki. Ötən il və bu il dövlət müəssisələrində işə götürülənlərin 60 faizindən çoxu qadınlardır. Bu isə böyük problemdir.

 

Hesab edirik ki, ali təhsili olan gənc kişilərin işlə təmin olunması prioritet məsələ olmalıdır. Bu isə ona görədir ki, onlar ailə qura bilsinlər. Lakin qadınlar işə götürüləndə,  gənc oğlanlar işsiz qalır, ailə qura bilmirlər. İşlə təmin edilən bir xanım isə işsiz bir oğlanla ailə qurmaq istəmir” –deyə, İranlı deputat Əbülfəzl Əbuturabi bəyan edib.

 

A.M

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

"Biz hökumətdən əfv istəmirik, İslam Respublikasına son qoyulmalıdır"-Nərgiz Məhəmmədi

2023-03-28

gun az article

“Parlaq gələcək”: “Brüssel yürüşünün dəyərləndirilməsi” və “Cenevrədə BMT-də “Ərk” Cəmiyyətinin konfransı”  - VİDEO

2023-03-28

gun az article

“Azadlıq səsi” proqramında müzakirə- “Azərbaycana qarşı erməni-fars təxribatları”  -VİDEO

2023-03-27

gun az article

Tehranda Azərbaycan bayrağı asıldı

2023-03-27

gun az article

Təbrizdə aksiya: divarlara etiraz məzmunlu afişalar asıldı

2023-03-27

gun az article

“Dəyirmi masa”: “İranın Azərbaycana qarşı təhdidləri” və “Azərbaycanlıların Brüssel toplantısı” -VİDEO

2023-03-26

gun az article

Həmədanda Azərbaycan mahnısına görə restoran bağlandı

2023-03-26

gun az article

Güney azərbaycanlılar Brüsseldə mitinq keçiriblər

2023-03-25

gun az article

“Körpü”də müzakirə: “Güney Azərbaycanda məsələ dövlətsizlik məsələsidir” -VİDEO

2023-03-25

gun az article

Təbrizdə taksi kirayələri kəskin artdı

2023-03-25

gun az article

Xoyda baş verən zəlzələdə xəsarət alanların sayı açıqlandı

2023-03-24

gun az article

Ərdəbildən Azərbaycan Respublikasına dəstək

2023-03-24

gun az article

Güney Azərbaycanda 5.6 bal gücündə zəlzələ baş verib

2023-03-24

gun az article

Zənganlı fəal Hüseyn Bayat qeyri-müəyyən şəraitdə həbsdə saxlanılır

2023-03-24

gun az article

BMT ofisində "Ərk"-Azərbaycan İnsan Hüquqları Cəmiyyətinin konfransı keçirilib

2023-03-24

gun az article

“Sözümüz”də müzakirə: “İranın Azərbaycana qarşı təhdidləri nə qədər ciddi sayılır?”  - VİDEO

2023-03-24

gun az article

Urmuda 5 nəfər casusluq ittihamı ilə edama məhkum edilib

2023-03-23

gun az article

Güneyli hüquqşünaslar tərəfindən Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

2023-03-23

gun az article

Ərdəbildə uşaqlara Azərbaycan dilində kitablar paylanıb-VİDEO

2023-03-23

gun az article

İran Sərhəd Qoşunlarının komandanı Azərbaycan sərhədinə gəlib

2023-03-23