SON XƏBƏRLƏR

Mətbuat icmalı: Türkiyədə demokratiya və dünyəvi sistemin gələcəyi

2021.10.20, 07:36
Mətbuat icmalı: Türkiyədə demokratiya və dünyəvi sistemin gələcəyi

Gunaz.tv
Mətbuat icmalı: Türkiyədə demokratiya və dünyəvi sistemin gələcəyi Türkiyənin daxili siyasətində cərəyan edən qarşıdurma ötən həftə baş verən qalmaqallı hadisələrlə qızğın xarakter alıb. Amerikalı siyasətçilər və ekspertlər dünyəviçi və dindarlar arasında gedən mübarizədə aydın təsəvvür əldə etməyə çalışırlar. Əsgər Möhsümoğlu ABŞ mətbuatının yazdıqlarına nəzər salır. Vaşinqton Post qəzetində məqalə ilə çıxış edən Aliza Markus və Andryu Apostolu ABŞ hökumətini Türkiyədə Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi hökumətə dəstək verməyə çağırırlar. PKK və Kürdüstanın Müstəqillik Mübarizəsi adlanan kitabın müəllifi Türk məhkəməsinin hakim partiyanı ləğv etmək barədə apardığı təhqiqatı Türkiyədə demokratiyaya böyük təhlükə kimi görür. “İslamyönümlü AKP-nin qapanması Türk liberallarına ağır zərbə olardı. Belə ki, onlar bu partiyanın iqtisadi islahatlarını, Avropa Birliyinə daxil olmaq istiqamətində səylərini və repressiv qanunları dəyişməsini dəstəkləyib,” deyə yazıda bildirilir. Müəlliflərin fikrincə bu, habelə Türkiyədə dindar insanların öz hökumətlərini müəyyən edə bilməməsinə işarə olardı. Qarşıdurmadan qalib çıxan hərbçilər isə AKP-nin liberallaşma siyasətinə son qoyar və korrupsiyaya uğramış sabiq siyasi elitanın hakimiyyətə qayıtmasına şərait yaradar. Markus və Apostolu dünyəviçi müxalifətin hakim partiyaya qarşı irəli sürdükləri ittihamları rədd edir. Onların fikrincə hazırkı iqtidarın Türk cəmiyyəini islamlaşdırmaq səyləri haqda deyilənlər dəlilə əsaslanmır. Müəlliflər müxalifətin qadınların cəmiyyətdə məhdudlaşan rolu haqda təqdim etdikləri statistikanı tənqid edərək bunun reallığı əks etdirmədiyini və əksinə, son illərdə qadın savadlılıq səviyyəsinin 76 faizdən 80 faizə qalxdığını bildirirlər. Yekunda Türkiyə demokratiyasına təhlükə kimi İslamçı hökumət yox, dünyəviçi müxalifət dəyərləndirilir. Nyu York Taymz yazarı Rocer Kohen isə İslamçılarla dünyəviçilər arasında cərəyan edən münaqişədə açıq aydın tərəf tutmaqdan çəkinir. Kohenin yazdığına görə dinlə dövlət arasında münasibətlərin tənzimlənməsi yüz illərlə vaxta və çoxlu insan həyatına başa gəlib. Nəzərə alanda ki, İslam nisbətən gənc dindir bunun, Türkiyədə modern dövrə uyğunlaşması ağrılı, lakin mühüm prosesdir. Müəllif tərəflərin hər hansı birini sadə dildə karikaturalaşdırmağı rədd edir. Qadınların baş örtüyünə qoyulan qadağanı Kohen düzgün hesab etmir. O yazır ki, eyni zamanda axıdılan qanlar hesabına yaradılan dünyəvi cümhuriyyətin prinsipləri uğrunda döyüşmək də lazımdır. AKP-nin demokratik prinsiplərə tam sadiq qalması haqda dediklərinə müəllif skeptik yanaşır. Türkiyə müsəlman demokratiyasının laborotoriyasıdır. Bunu tələsdirmək olmaz. Hicabı geymək onu atmaqdan daha asandır. Dəyişiklik isə İslamın güclü tərəflərindən deyil, deyə müəllif yazır. Hərçənd ki, məhkəmənin ötən il 47 faiz səs toplamış hakim partiyanı qapatması demokratiyaya ağır zərbə olardı, AKP-çilərin müqavimətlə üzləşməsi müsbət haldır. Bu baxımdan İslamçıların qarşısına sipər çəkən məhkəmə Türkiyə dünyəvçiliyinin və sonda demokratiyanın qarantı rolunda çıxış edir, deyə Kohen yazısını bitirir. amerikanin sesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar