SON XƏBƏRLƏR

Mey bütün partiyaları "Brexit"lə bağlı birləşməyə çağırıb

2021.10.20, 07:36
Mey bütün partiyaları "Brexit"lə bağlı birləşməyə çağırıb

Gunaz.tv

GünAz TV: Britaniyanın baş naziri Tereza Mey etimadsızlıq üzrə səsvermədən sonra bildirib ki, Krallığın siyasi qüvvələri birləşməli və "Brexit" ilə əlaqədar hərəkət variantlarını müzakirə etməlidirlər.


Bu barədə "Reuters" məlumat yayıb.


Daha əvvəl Tereza Meyin rəhbərlik etdiyi Britaniya hökuməti Leyboristlər Partiyası tərəfindən ona qarşı irəli sürülmüş etimadsızlıq rəyinin öhdəsindən gəlib. Yanvarın 15-də məlum oldu ki, Britaniyanın İcmalar Palatasının üzvləri Brüssel ilə razılaşdırılmış "Brexit" sazişini dəstəkləməyib. Nəticədə Leyboristlər Partiyasının sədri Ceremi Korbin baş verənləri şərh edərək hökumətə qarşı etimadsızlıq rəyi ifadə etməyə təşəbbüs göstərdiyini bildirib. "Report"


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar