SON XƏBƏRLƏR

Millət azadlığını özü qazanmalıdır.İbrahim Pişəvəri.MÜSAHİBƏ

2021.10.20, 07:36
Millət azadlığını özü qazanmalıdır.İbrahim Pişəvəri.MÜSAHİBƏ

Gunaz.tv
article_1213331357.gif Millət azadlığını özü qazanmalıdır 1945-46-cı illər Azərbaycan Xalq Demokratik dövlətinin rəhbəri Seyid Cəfər Pişəvərinin nəvəsi, Harvard universitetinin doktoru, Dubaydakı ABŞ Universitetinin psixologiya müəllimi İbrahim Pişəvərinin Turan Agentliyinə müsahibəsi - İbrahim bəy, öncə özünüz barədə oxuculara məlumat verərdiniz? - Əvvəlcə onu deyim ki, uzun müddət Ənzəlidə yaşasaq da, əslən Xalxallıyıq, bizimkilər sonradan Ənzəliyə gəliblər və atam burada gəmi komandiri olub. Özüm isə aşağı-yuxarı 30 ildir ki, ABŞ-da yaşayıram, İran və Azərbaycan tarixilə bağlı bilgilərə bələdəm və hər iki Azərbaycanın ictimai həyatında yeri olan Dünya Azərbaycanlıarı Konqresinin təsis konfransından Strasburqdakı 6-cı qurultayına qədər olan tədbirlərində iştirakçı olmuşam. Azərbaycanın tarixində çox şərəfli insanlar və liderlər var, həm də İranın dövlət olaraq yaranmasında azərbaycanlıların xüsusi rolu olub və düşüncəmə görə, Səttarxan, Bağırxan, Şeyx Məhəmməd Xiyabani bu liderlər sırasında ilk yerləri tuturlar. - Güney Azərbaycandakı mövcud ictimai-siyasi durumu necə dəyərləndirirsiniz? - Güney Azərbaycanda siyasətə böyük maraq var və bu bölgənin insanları qədər siyasətə həssas və maraqlı olan ikinci bir bölgə tapmaq bəlkə də mümkün deyil, bu da bu bölgənin insanlarının siyasətdə deməyə sözlərinin olması və siyasətə diqqətli olması ilə bağlıdır. Hazırda İran Azərbaycanı həssas bir mərhələ yaşayır və bu mərhələdə iki nəsil üz-üzə daynıb. İnformasiyalara və siyasi proseslərə cavanların bir, yaşlı nəslin başqa, tamam fərqli yanaşma tərzi var. Gənclik proseslərə həssasdır, həyatsevər və idealistdir, yaşlı nəsil isə bir tərəfdən yorğun, digər tərfdən konservativ, üçüncü bir tərəfdən uzaqgörəndir. Azadlığı və birliyi cavanı da, yaşlısı da qəbul edir, amma, gənclik istədiyini ələ gətirmək üçün tələsmək kimi bir xislətə malikdirsə, əksinə, yaşlı nəsil hələ də məsləhətə, zamana ehtiyac duyur. - Sizin fikrinizcə, Güneydə milli mübarizə imkanları necədir? - Gənclik hərəkətə keçib, mübarizəyə başlayıb, amma cəmiyyətdə düşüncələrinə münasibət birmənalı deyil və manevr imkanları azdır. Nətiəcədə qan tökülür, həbslər olur, təqiblər başlayır. Amma yaşlı nəsil ilk olaraq mədəni sahədə azdalıq əldə etmək istəyir və siyasi azadlıqları tədricən, qan tökülmədən qazanmaq xəttini əsas götürür. Yəni, Güney Azərbaycanı elə bir səviyyəyə gətirmək istəyirlər ki, Şirazdan, Mazandarandan fars müəllim və polis gətirməyə ehtiyac qalmasın, özü öz idarəçiliyini təmin etsin. İndi bir mərhələ başlayır və bu mərhələdə xalq rəsmi Tehrandan ala biləcəyi haqlarını tələb edir. Bu sahədə artıq bəzi tələblər ortaya qoyulub və bunun üçün mübarizə gedir. Düşüncəmə görə, burada idealist yox, realist olmaq lazım gəlir və nəyi almaq mümkündürsə, onun mübarizəsi getməlidir. - Babanız Seyid Cəfər Pişəvərinin taleyi barədə nələri açıqlaya bilərdiniz? - Babam S.C.Pişəvərinin taleyinə gəlincə, burada da maraqlı məqamlar var. Haqqında danışdığım idealist siyasətin axarında Pişəvəri hökuməti də olub və Pişəvəri hökumətinin həqiqi hədəfləri Moskva siyasətinin gücünə günbəgün dəyişməli olub. Yəni, bu hədəflər o qədər dəyişdirilib ki, Azərbaycan siyasi hazırlıq aparılmadan İrandan ayrılmalı olub. İndi əsərlər var ki, bu "siyasi teatrın" kökünü Moskvanın qoyduğunu sübut edir. Bütün bu siyasət Rusiyanın Xəzərdəki İran neft yataqlarına olan imtiyazları ələ keçirməsinə xidmət edib və həmin imtiyazı qazandıqdan sonra S.C.Pişəvərini də, Azərbaycan xalqını da qurban verdilər. - Sizə görə, S.C.Pişəvəri bu siyasətin qurbanı olub? - Bəli. Elə babamın aradan götürülməsi də bu siyasətin tərkib hissəsi oldu. Babamın həkimi doktor Cahanşah bu barədə danışır ki, S.C.Pişəvəri onu görmək istədiyini deyərək, Bakıya çağırıb və burada görüşərək parka gediblər. Həkimin bildirdiyinə görə, babam sürücüsündən şikayət edib, onun xüsusi xidmət orqanları ilə əlaqəsi olmasından şübhələndiyini, dəfələrlə səbəb olmadan avtomobili yolun ortasında saxladığını və maşının xarab olduğunu deyərək, sonradan maşını sürdüyünü ona bildirib. Babam Cahanşaha özünün aradan götürülməsi istəyi olduğunu söyləyib. Doktor Cahanşah babama, belə isə, Moskvaya getməyi məsləhət bilib. Amma babam deyib ki, bu, elə Moskvanın siyasətidir və Moskvaya da getsə, nəticə birdir, aradan götürülməyi gündəmdə qalır. - Bu barədə bir qədər geniş danışın? - Doktor Cahanşah danışır ki, üç gündən sonra S.C.Pişəvərinin guya avtomobil qəzası keçirərək xəstəxanaya düşdyünü eşidib, yanına gedib, babamın keyfi yaxşı olub və bəzi mülahizələri nəzərə alaraq, xəstəxanada qalmalı olmadığını, evə getməli olduğunu bildirib. Amma doktor deyir ki, onun bu təklifinə "hələ evə getməsinə icazə yoxdur", cavabı verilib və o, həmin cümləni xüsusi vurğu ilə bir neçə dəfə təkrar edib. Doktor Cahanşah həmin hadisənin sabahı günü Azərbaycan KP MK-nın birinci katibi Mir Cəfər Bağırovun zəng edərək onu yanına çağırdığını deyib və maşınla xəstəxanaya yola düşdükdə S.C.Pişəvərinin vəfat etdiyini bildirib. Dr.Cahanşah xəstəxananın həyətinə çatanda, burada Güneydən olan bir dəstə şəxs və o cümlədən S.C.Pişəvərinin xanımı onun yanına getmək üçün gözləyirmiş. Doktor Cahanşahın sözlərinə görə, M.C.Bağırov heç kimi babasının yanına qoymayıb. O, S.C.Pişəvərinin bədənində qəzadan hər-hansı xəsarət olmadığını, yalnız başının sağ hissəsində göy bir ləkə gördüyünü deyib. Bu sovet siyasət üsulu özünü Macarıstanda da, Rumıniyada da və s. yerlərdə təcrübədən çıxarıb. - İbrahim bəy, buradan hansı nəticəni çıxarmaq istəyərdiniz? - Nəticə budur ki, həmin hərəkatın məğlubiyyətinin nəticəsi olaraq, yüz minlərlə insan Azərbaycana gəlib, burada təhsil alıblar və Şimali Azərbaycanın müstəqilliyi bir daha sübut etdi ki, millət öz milli problemini Moskvanın və ya başqa bir siyasi məkanın əli ilə yox, məhz öz əli ilə həll etməlidir. butovaz

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar