Millət vəkili: Süngün mis mədəni Qaradağ meşələrini məhv edir

2020-09-02 12:28

Güney Azərbaycanın Vərziğan vilayətinin məclisdəki millət vəkili Allahverdi Dehqani Süngün mis mədəninin ətraf mühitə ciddi ziyanlar vurduğunu xatırladaraq bu mədənin fəaliyyəti Qaradağ meşələri üçün ciddi təhlükə yaratdığını bildirib.

Gunaz.tv Quote | Gunaz article

“Mədənin ətraf mühiti çirkləndirməsi nəticəsində Qaradağ meşələri 100 il ərzində tamamilə məhv olacaq, halbuki Ətraf Mühitin Mühafizəsi idarəsi Süngün mədənini ətraf mühitə ziyan vuran müəssisələrin siyahısından çıxarıb,” deyə Dehqani qeyd edib.

 

 

Millət vəkili İranın Ətraf Mühitin Mühafizəsi idarəsini tənqid edərək Süngün mədəninin buraxdığı zəhərli maddələrin məntəqədəki torpağı və yeraltı sularını, eləcə də ətraf mühiti təhlükəli maddələrlə çirkləndirdiyini bildirib.

O əlavə edib ki, müvafiq qurumlar baş verən qayda pozuntularına qarşı ciddi tədbir almalıdır.

“Mədənin tozu həmçinin ərazidəki ağacların yarpaqlarına çökür, onların tənəffüs yolunu bağlayaraq tədricən məhv edir,” millət vəkili vurğulayıb.

 

 

Dehqani mədənin 12-14 min milyard tümənlik gəlirindən müəyyən hissənin Qaradağ meşələrinin qorunması üçün ayrılmasını tələb edib.

O, Süngün mədənində fəaliyyət göstərən müəssisənin məhkəmə tərəfindən 78 milyard tümən cəriməyə məhkum edildiyini xatırladaraq əlavə edib ki, bu cərimənin 40 milyard tüməni dövlət xəzinəsinə ödənilsə də ödənilən məbləğdən meşələrin bərpası üçün heç bir vəsait ayrılmayıb.

“Ümid edirik ki, mədənin dövlət xəzinəsinə olan 20 milyard borcu Qaradağ meşələri üçün sərf edilər,” deyə Dehqani qeyd edib.

 

Son illərdə Süngün mədəninin buraxdığı zəhərli sular ətraf mühiti təhlükəli maddələrlə çirkləndirərək canlıların məhv olmasına səbəb olub. 

 Ən son iyul ayında mədənin çirkab suyunun Ilqına çayına buraxılması nəticəsində çayın rənginin dəyişməsini göstərən videolar yayılmışdı. 

Ilqına çayının rəngi daha əvvəl də mədənin çirkabının axıdılması nəticəsində dəyişmişdi. Neçə il öncəyə qədər bu çayda balıqlar yaşayırdı, lakin mədənin fəaliyyətə başlamasından sonra çaydakı balıqlar kütləvi şəkildə tələf oldu.

 

 

Qeyd edək ki, Yaxın Şərqin ən böyük mis mədəni olan Süngündən azərbaycanlıların payına sadəcə bir futzal komandası və ətraf mühitin çirklənməsi  düşüb.

 

Süngün mis mədənindən əldə olunan məhsul xammal kimi İranın digər bölgələri, o cümlədən Kirman əyalətinə daşınır. Bu şəkildə mədənin gəliri yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. İşsizlik və yoxsulluqdan əziyyət çəkən yerli əhali isə iş tapmaq üçün başqa yerlərə köçməyə məcbur olur.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19