Milli fəal Əkbər Nəimi 9 il 8 ay həbs cəzasına məhkum edildi

2021-07-21 15:56

Güney Azərbaycanın Xoy şəhərindən olan milli-mədəni fəal Əkbər Nəimi 9 il 8 ay həbs cəzasına məhkum edilib. Bu barədə milli-mədəni fəal Əkbər Nəiminin yaxınları məlumat verib.

Gunaz.tv Quote | Gunaz article

Əkbər Nəiminin yaxınlarının verdiyi məlumata görə, o, iyulun 19-u Təbrizdə saxlanıldıqdan sonra Tehranın “Evin” həbsxanasına aparılıb.

Milli-mədəni fəalın öncədən özünə və vəkilinə bildirilmədən həbsxananın karantin bölməsinə köçürüldüyü deyilir.

Əkbər Nəimi Tehranın İnqilab Məhkəməsi tərəfindən “qanunsuz təşkilata üzv olmaq”, “ölkənin təhlükəsizliyinə qarşı sözləşmək və əlbir olmaq” və “İslam Cumhuriyyətinə müxalif qrupların xeyrinə təbliğat aparmaq” ittihamları ilə ümumilikdə 9 il 8 ay həbs cəzasına məhkum olunub.

Bundan başqa onun 2 il ölkədən çıxması və siyasi, ictimai qrup və təşkilatlara üzv olması yasaqlanıb.

Qeyd edək ki, insan haqları fəalı və dil hüquqları müdafiəçisi Əkbər Nəimi 2020-ci il yanvarın 22-də çalışdığı İranın milli hava yolları şirkətinin təmir bölməsində saxlanılıb.

Təhlükəsizlik qüvvələri daha sonra onun evinə gedib axtarış aparıblar. Fəalın şəxsi əşyaları, o cümlədən kompüteri və bəzi kitabları müsadirə olunub.

O, həbs olunduqdan sonra bir müddət Evin həbsxanasının 209-cu bölməsinin təkadamlıq kamerasında saxlanılıb.

O, sonra mülki girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılmışdı.

Əkbər Nəimi əslən Xoydan olan tanınmış milli-mədəni fəal, eləcə də bir müddət öncə İran rejimi tərəfindən bağlanan “Günəbaxan Dərnəyi”nin təsisçilərindən biridir.

C.E  
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmunun “Urumdəşt” zavodunun işçiləri narazıdır: 15 ildir əmək haqları verilmir

2021-08-04

gun az article

Urmu həbsxanasında daha bir məhbus edam ediləcək

2021-08-04

gun az article

Qaşqay bölgəsində yanğın dəhşəti: Bir ailənin 3 üzvü həlak oldu-VİDEO

2021-08-04

gun az article

Urmu və Ərdəbildə yoluxma kəskin artdı: Xəstəxanalarda yer çatışmır

2021-08-04

gun az article

Güney Azərbaycanda məktəb binaları çatışmır: Xeyriyyəçi iş adamları daha 3 məktəbin tikintisinə başlayıb

2021-08-04

gun az article

Sel və daşqın Qəzvin yollarına 20 milyard tümən ziyan vurub

2021-08-04

gun az article

İranda virus tüğyan edir: Xəstəxanalarda yer çatışmır, ölənlər kütləvi məzarlıqda basdırılır

2021-08-04

gun az article

Güney Azərbaycanda ekoloji böhran böyüyür: 4 göl quruyub-FOTOLAR

2021-08-04

gun az article

Tufarqanda güclü yanğın: 7 nəfər xəsarət alıb-VİDEO

2021-08-04

gun az article

Urmuda avtobus sürücüləri tətilə başladı

2021-08-04

gun az article

Milli fəal Behnam Şeyxinin iki illik sürgün cəzası başlayıb

2021-08-04

gun az article

GünazTV Aug.03.2021-Özümüz: Azərbaycan Sözünün Anlamı və Coğrafiyası

2021-08-03

gun az article

GünazTV Aug.03.2021-GÜNDƏM MASASI: Türkiyədə meşə yanğınları və İrançı-farsların tutumu

2021-08-03

gun az article

GünazTV August.01.2021: HƏFTƏ SONU 7-Cİ BÖLÜM

2021-08-03

gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03