Milli fəal Əlirza Fərşi “Fəşafuyə” həbsxanasına köçürülüb

2020-09-09 11:50

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə apardığına görə həbs edilən tanınmış fəal Əlirza Fərşi Tehranın Evin zindanından Fəşafuyə həbsxanasına köçürülüb.

Gunaz.tv Quote | Gunaz article

Fərşi ailəsi ilə əlaqə saxlayaraq sentyabrın 8-də Fəşafuyə həbsxanasının 1-ci korpusunun karantin bölümünə köçürüldüyünü bildirib.

 

Milli fəal daha əvvəl Evin təcridxanasının 8-ci korpusunun 9-cu bölməsində saxlanırdı.

 

O bildirib ki, hazırda 10 məhbusla birlikdə sahəsi çox kiçik olan karantin bölümündədir.

 

Saxlandığı bölmədə sanitariya-gigiyena qaydalarına riayət etmənin mümkün olmadığını vurğulayan milli fəal məhbusların müxtəlif xəstəliklərə, o cümlədən koronavirus infeksiyasına yoluxma riskinin yüksək olduğunu deyib.

 

Əlirza Fərşinin Fəşafuyə həbsxanasına köçürülməsinin daha əvvəl məhkəmə rəsmilərinə yazdığı etiraz məktublar ilə əlaqədar olduğu təxmin edilir. Belə ki, məmurlar milli fəalı daha ağır şəraitdə saxlamaqla ona təzyiq göstərmək istəyirlər.

 

Fərşi İran məhkəmə sisteminin sədrinə və Evin zindanı rəisinin məhkəmə işləri üzrə müavininə ünvanlandığı açıq məktublarda həbsxananın ağır və dözülməz durumuna etirazını bildirmişdi. Milli fəal həmçinin həbs olunduğu zaman təhlükəsizlik qüvvələrinin onu qarşı güc tətbiq edərək kobud və təhqiredici ifadələrdən istifadə etmələrini açıqlamışdı, məsələ ilə bağlı şikayətçi olduğunu bildirmişdi.

 

İyulun 21-də Tehranda İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan milli fəal 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 2 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.   

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Həmədanlı xanım atıcı beynəlxalq yarışa qatılacaq

2021-05-14

gun az article

Marağada 59 yaşlı kişini qatar vurub

2021-05-14

gun az article

Muğanda yeni neft qazma avadanlıqları quraşdırılıb-VİDEO

2021-05-14

gun az article

Zənganda qədim əl işləri sənətləri unudulmaqdadır

2021-05-14

gun az article

Xamneyini tənqid etdiyi üçün öldürülən güneyli gəncin videosu yayıldı

2021-05-14

gun az article

"Gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq"-Güney azərbaycanlı ziyalıların müraciəti yayıldı

2021-05-14

gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu ölkə çempionu oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12