Güneyli şair Hüseyn Rizqi 3 aylıq həbsə məhkum edilib: Milli fəal 3 milyon cərimə ödəyəcək

2021-04-14 14:23

Güneyli gənc yazıçı və şair Hüseyn Rizqi Kəqal (Atilla Vilkan) 3 aylıq həbs cəzasına məhkum edilib.

Gunaz.tv Quote | Gunaz article

O, bundan əlavə 3 milyon tümən nağd cərimə ödəməlidir.
Qeyd edək ki, təbrizli mədəni fəal Hüseyn Rizqi ötən il oktyabrın 30-da Şərqi Azərbaycan əyalətinin Kəşfiyyat və İctimai Təhlükəsizlik Polisi tərəfindən çağırılaraq dindirilib. 

Məmurlar dindirmə zamanı Hüseyn Rəzzaqinin mobil telefonunu müsadirə etmişdilər.

O, bu ilin fevral ayının 3-də təhlükəsizlik və kəşfiyyat məmurlarının təqdimatı əsasında Təbrizin İnqilab Məhkəməsinin 2-ci şöbəsində “İran İslam Respublikasına müxalif qrupların xeyrinə, sistem əleyhinə təbliğat aparmaqda" ittiham edilib.

Hakim Rza Əbdinin başçılığı ilə keçirilən məhkəmə iclasında mədəni fəal “sosial şəbəkələrdə sistemi faşizm və milli zülmdə günahlandırmaq, siyasi məhkumların azadlığı tələbi ilə Təbrizin Sərdəri bölgəsində təbliğat posterləri yapışdırmaq, etnik kitablar yaymaq və müxalif şəbəkələrdə paylaşmaq, müxalif televiziya kanalları, qrupları ilə əlaqə saxlamaq və onlara şeir göndərmək” ittihamları ilə 6 ay həbs cəzasına məhkum edilib.

İlkin məhkəmə iclasında çıxarılan qərara əsasən mədəni fəallın mobil telefonu və nömrəsi dövlətin xeyrinə müsadirə edilib.

Hüseyn Rizqinin məhkəmə qərarına etirazından sonra 13 mart 2021-ci il tarixində onun barəsində son qərar elan olunub.

Apellyasiya Məhkəməsi ibtidai məhkəmənin qərarını qüvvədə saxlasa da, mədəni fəalın öncələr  məhkumluğunun olmamasını və gənc olmasını nəzərə alaraq həbs cəzasının iki il ertələnməsinə qərar verib.

Apellyasiya Məhkəməsi, "İslam Cəza Qanununun 38-ci maddəsinin “S”, 7-ci b bəndinə və Cəzanın Azaldılması Qanununun 6-cı maddəsinə istinadən, üç ay həbs cəzasını üç milyon tümən nağd cərimə ilə dəyişdirib.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16

gun az article

“Dünyanın fosil cənnəti” layihəsinin tamamlanma işləri yarımçıq qalıb

2021-09-16

gun az article

Qəzvinli idmançı Belçikada keçiriləcək dünya çempionatına qatılacaq

2021-09-16

gun az article

Milli fəal barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-16

gun az article

"Milyonlarla insanın həyatı təhlükədədir"- Azərbaycanlı millət vəkili İran prezidentinə müraciət etdi

2021-09-16

gun az article

Ərdəbildə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib

2021-09-16