Güney Azərbaycanlı milli fəal Ruzbeh Piri Təbriz prokurorluğuna çağırılıb.
Gunaz.tv
Milli fəal qardaşı Yaşar Pirinin saxlanılması və təzyiqlərə məruz qalması ilə bağlı yayınladığı bilgilərə görə aprel ayının 3-də Təbriz şəhərinin Ümumi və İnqilab Prokurorluğunun 16-cı şöbəsinə çağırılıb.
Hakimi Musəvi “İnstagram” hesabında yaydığı məlumata görə milli fəala qarşı “sistemə qarşı təbliğat aparmaq” və “yalan məlumatlar yaymaq” ittihamlarını irəli sürüb.
R.Piri 80 milyon tümən girov qarşılığında məhkəməyə qədər müvəqqəti azadlığa buraxılıb.
Qeyd edək ki, Yaşar Piri fevralın 21-də mülki geyimli məmurlar tərəfindən saxlanılıb. Saxlanma zamanı və təcridxanada ona işgəncə verilib və döyülüb.
Mədəni fəalın sağlıq durumunun ağır olduğu üçün 3 gün təcridxanada saxlanıldıqdan sonra 50 milyon tümən girov qarşılığında müvəqqəti azadlığa buraxılıb və Təbrizin “İmam Rza” xəstəxanasına köçürülüb.
Onun qardaşı Ruzbeh Piri bu barədə sosial şəbəkədə bir neçə məlumat paylaşmışdı.
C.E