Milli fəal Yusif Kari aclıq aksiyasına başlayıb

2021-01-15 10:57

Ərdəbil zindanında saxlanılan azərbaycanlı siyasi məhbus Yusif Kari həbsxananın məsul nəzarətçisi “Sepehri”nin təhqirlərinə etiraz etdiyi üçün 8-ci karantin bəndinə köçürülüb. Milli fəal yanvarın ayının 13-dən hüquqlarının təmin olunması istəyi ilə aclıq aksiyasına başlayıb.

Gunaz.tv Quote | Gunaz article

Y.Kari tibbi məzuniyyət istədiyi üçün “Sepehri” onu yanvarın 13-də kabinetinə çağırıb və onun, başqa siyasi fəalların fəaliyyətlərini və şəxsiyyətlərini nalayiq ifadələrlə təhqir edib.

 

Yusif kari noyabr ayının 30-u 2020-ci ildə Ərdəbil həbsxanasında koronovirusun yayılması ilə bağlı telefon əlaqəsində ailəsinə məlumat verən ilk məhbuslardan olub.

 

Bu mövzu mətbuatın gündəminə gəldikdən sonra Ərdəbil əyalətinin həbsxanalar rəisinin təkzib bəyanatı verməsinə səbəb oldu.

 

Koronovirus simptomlarının bütün bəndlərdə müşahidə olunması, səhiyyə xidmətlərinin yoxluğu, dərman çatışmamazlığı və bir sıra məhbusların tibbi məzuniyyətə göndərilməsi şəhərin səhiyyə təşkilatının həbsxanaya getməsi və məhbusları müayinə-müalicə etməsi ilə nəticələndi.

 

Bundan iki gün sonra məhkəmə və prokrorluq əməkdaşlarından ibarət bir heyət həbsxanada oldular. Məhbusların ümumi durumu ilə maraqlanan heyət bir sira tədbirlərə, o cümlədən məhbusların tibbi məzuniyyətə göndərilməsinə qərar verdiklərini bildirdilər.

 

Koronovirusun yayılması xəbərindən sonra Yusif kari həbsxananın 7-ci bəndindən 1-ci bəndinə köçürüldü.

 

Qeyd edək ki, bu həbsxanada saxlanılan Kazim İbadi tibbi məzuniyyətə buraxılandan sonra koronovirusa yoluxduğu üçün həyatını itirdi.

 

Azərbaycanlı siyasi məhbusların tibbi məzuniyyətə buraxılmaları həlli mümkün olmayan bir problem kimi hələdə davam etməkdədir.

 

Ərdəbil prokroru “Seyid Abdullah Təbatəbayi” girov qoyulması haqqında qərar versədə, yuxarı orqanlardan yazılı göstəriş olmadığı bəhanəsi ilə məhbusların tibbi məzuniyyətə göndərilməsinə mane olur.

 

Bu sayaq yanaşmalar Ərdəbil əyalətinin məhkəmə sisteminin müstəqil və şəffaf fəaliyyətini şübhə altına aparır.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ocanda qalın qar səbəbindən 100 kənd ətrafdan təcrid olub

2021-03-05

gun az article

İranda uçaq qaçırmağa cəhd olunub+video

2021-03-05

gun az article

Süngün mis mədəninin zəhərli tullantıları çaya buraxılır+video

2021-03-05

gun az article

İrandan Ermənistana hərbi texnikanın daşınması davam edir

2021-03-05

gun az article

İşgəncəyə məruz qalan mədəni fəal haqqında Azadlıq radiosu veriliş yayınlayıb+video

2021-03-05

gun az article

Saman Bidar Ərdəbil həbsxanasının istintaq təcridxanasına köçürülüb

2021-03-05

gun az article

Güneyli sosial şəbəkə istifadəçiləri mədəni fəala dəstək kampaniyası başladıblar

2021-03-05

gun az article

GünazTV March.04.2021-Sözümüz: Mən Dilimlə Yaşaram, Qarabağ Savaşından Sonra İranın Tutumu

2021-03-05

gun az article

GünazTV March.04.2021- Düşünməyə Çağırı: Millət Qurucuları

2021-03-05

gun az article

Türkiyə Prezidenti: “Qarabağda təhlükəsizliyin bərpasına yardım etməliyik”

2021-03-04

gun az article

İran mətbuatında türklərə qarşı təhqirlərə cavab olaraq “Firdovsi”nin adı küçə lövhələrindən silinib

2021-03-04

gun az article

Həmədan əyalətində narkomaniya və oğurluq artıb

2021-03-04

gun az article

Son 24 saatda Qəzvində 125 nəfər koronovirusa yoluxub

2021-03-04

gun az article

Təbrizli jurnalist məsulların qanunsuz bizneslərini ifşa etdiyinə görə mühakimə olunacaq

2021-03-04

gun az article

Zənganda antik əşya qaçaqçılarından 3 min illik antik əşyalar götürülüb

2021-03-04

gun az article

GünazTV March.03.2021-Görüş: İrançılıq qarşısında qeyri-fars millətlərin birliyi, Azərbaycan-İsrail dostluğu.

2021-03-04

gun az article

Təbrizdə divar yazıları ilə milli fəala dəstək veriblər

2021-03-03

gun az article

Təbrizdə güllələnən qadın həyatını itirib

2021-03-03

gun az article

İşgəncə nəticəsində xəstəxanaya yerləşdirilən mədəni fəalın durumu haqqında qardaşı açıqlama verib

2021-03-03

gun az article

GünazTV March.02.2021-Özümüz: Şu'ubiyyə

2021-03-03