Milli fəallar Germinin yoxsul kəndlərində məktəb ləvazimatı paylayıblar + GÖRÜNTÜ

2020-09-07 13:13

İran və Güney Azərbaycanda təhsil müəssisələrinin açılışı günü münasibəti ilə Güney azərbaycanlı milli-mədəni fəallar Ərdəbil əyalətinin Germi vilayətində məktəb ləvazimatı paylayıblar.

Gunaz.tv Quote | Gunaz article

Məlumata əsasən, məktəb ləvazimatı Germinin kəndlərində yaşayan aztəminatlı ailələrin məktəbli uşaqlarına verilib.

 

Germi iqtisadi göstəricilərə əsasən, Güney Azərbaycanın ən yoxsul bölgələrindəndir. Hər il bu vilayətdən çox sayda əhali digər məntəqələrə mühacirət edir.

 

Germi vilayətinin əhalisi 2011-ci ilin siyahıya almasına görə təxminən 89 min nəfər olub. Dövlət tərəfindən məntəqənin inkişaf üçün investisiya qoyulmaması və işsizlik əhalinin digər bölgələrə, xüsusilə də Tehrana köç etməsinə səbəb olub. Vilayətin nüfusu son 15 ildə hər il orta hesabla 1 faiz azalıb.

 

Ötən il Ərdəbil İdarəetmə və Planlaşdırma Təşkilatının statistik informasiya işləri üzrə rəis müavini  Fəriborz Dehqan təmsil etdiyi əyalətdə kənd əhalisinin getdikcə azalmasından narahatlığını dilə gətirmişdi.

 

“3 il əvvəl keçirilən siyahıyalma zamanı Xalxalın mərkəzi məntəqəsində bir çox kəndin tamamilə əhalidən boşaldığı, bəzilərində isə sakinlərin əksəriyyətinin köçdüyü məlum olub,”- deyə o bildirmişdi.

 

Qeyd edək ki, kənd əhalisinin yoxsulluqdan şəhərlərə köç etməsi problemi Ərdəbil Əyalətinin məsulları tərəfindən vaxtaşırı dilə gətirilir. Əslində oxşar hadisə Güney Azərbaycanın bütün əyalətlərində yaşanır. Bu məsələ bölgənin demoqrafik tərkibinin dəyişməsinə, bəzi məntəqələr, xüsusi ilə də Qərbi Azərbaycan Əyalətində bölgənin kürdləşməsi ilə nəticələnir. İranın iqtisadi ayrı-seçkilik siyasəti nəticəsində Güney Azərbaycanda yaranan köç problemi gün keçdikcə daha da dərinləşir.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 : “Azərbaycan və Ermınistanın Xarici İşlər Nazirləri Vaşinqtonda görüşəcək”

2020-10-20

gun az article

Milli fəal Rza Zarei həbs edilib

2020-10-20

gun az article

Daha iki güney azərbaycanlı milli fəal müvəqqəti azadlığa buraxılıb

2020-10-20

gun az article

Milli fəallar Aydın Zakiri və Rza Seyyid Nuri müvəqqəti sərbəst buraxılıb

2020-10-20

gun az article

Son etirazlarda azı 10 güney azərbaycanlı xanım həbs edilib

2020-10-20

gun az article

GünazTV Oct.19.2020: PARLAQ GƏLƏCƏK: Güney Azərbaycan oyaqdı, Ordumuza Dayaqdı (1/3)

2020-10-20

gun az article

GünazTV Oct.19.2020 : “Azərbaycan ordusu üç rəngli bayrağımızı Xudafərin körpüsünə sancdı”

2020-10-19