SON XƏBƏRLƏR

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

2021.10.20, 07:36
Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

Gunaz.tv

GünAz TV: Azərbaycan Milli Məclisi 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə dünya azərbaycanlılarına müraciət qəbul edib.

 

Milli Məclisin bu gün keçirdiyi plenar iclasında parlamentin dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə müraciət qəbul edilib.

 

Müraciəti deputat Məlahət İbrahimqızı oxuyub. Müraciətdə milli birliyin vacibliyi vurğulanıb. Bildirilib ki, Azərbaycan xalqı dünyanın güclü xalqları ilə bir sırada dayanır:

“Prezident İlham Əliyevin yürütdüyü siyasət və bu siyasət nəticəsində ölkənin qüdrətlənməsi hər bir azərbaycanlını sevindirir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın vəzifələrindən biri də azərbaycan dilinin, milli mənəvi dəyərlərin qorunmasıdır.

 

“Dünya azərbaycanlıların hər birini xalqımızın mənafelərinin qorunması uğrunda mübarizəyə çağırırıqş Doğma Azərbaycana nurlu sabahlar arzulayırıq”-deyə, - müraciətdə qeyd olunub.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar