Milli Məclisdə Rusiyaya etiraz: “Bu siyasətə dur deyilməlidir”

2021-06-11 14:03

Bu gün Azərbaycan Milli Məclisinin iclası keçirilib. İclası Milli Məclisin sədri Sahibə Qafarova açıb.  

Gunaz.tv Quote | Gunaz article

Deputat Vahid Əhmədov bildirib ki, bu il Azərbaycanın müstəqilliyinin 30 illiyi tamam olur. O, bununla əlaqədar tədbirlərin keçirilməsini zəruri sayıb:
 

"Bütün dünyaya Azərbaycanin müstəqilliyini elan etmişik. Hesab edirəm ki, heç nəyə baxmayaraq 1918-ci ildə əldə etdiyimiz müstəqillik cəmi 23 ay yaşasa da, ikinci müstəqillik 30-cu ilə qədəm qoyur. Azərbaycan müstəqil dövlətdir və ciddi uğurlar əldə edib. Təklif edirəm ki, 30 illiklə bağlı yubiley tədbirləri keçirilsin".

Deputat Aydın Mirzəzadə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən danışıb. O, səfərin əhəmiyyətini yüksək qiymətləndirib:

“Rəcəb Tayyib Ərdoğanın Azərbaycana, xüsusilə işğaldan azad edilmiş Şuşaya səfəri iki dövlət arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafı baxımından önəmlidir. O, ilk xarici dövlət başçısı olacaq ki, Azərbaycanın ikinci paytaxtı, mədəniyyət paytaxtı olan Şuşaya səfər edəcək”.

Çıxış edən Milli Məclisin Əmək və s.Sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycanda fəaliyyət göstərən xarici investorları məşgulluq marafonuna qoşulmağa çağırıb.

“Marafonun məqsədi 44 günlük Vətən Müharibəsi qaziləri və şəhid ailələrinin məşğulluğunu təmin etməkdir. Hazırda Azərbaycanda büdcədən maliyyələşən 3700-dən çox təşkilat fəaliyyət göstərir. Bu müəssisələrdən hər biri ən azı 2-3 şəhid ailəsi üzvlərini və qaziləri işə götürərsə, biz bu missiyanı tamamlaya bilərik. 

Mən Azərbaycandakı sahibkarlara, Azərbaycan-Amerika ticarət palatasına, Azərbaycanda fəaliyyət göstərən Türkiyə şirkətlərinə, özəl şirkətlərə müraciət edirəm. Biz bu missiyanı həyata keçirsək, dünyaya da bəyan edəcəyik ki, Azərbaycan dövləti, vətəndaşı şəhidinin, qazisinin yanındadır”-deyə, Musa Quliyev bildirib.

“Son zamanlar Rusiya mediasında Azərbaycana qarşı düşmənçilik çağırışları yayılır”.

Deputat Sahib Alıyev bir müddət öncə Rusiyada qətlə yetirilən 19 yaşlı azərbaycanlının məsələsinə də toxunub:

“Bu hadisə fərqli yerlərə çəkilir. Rusiyalı siyasətçi Vladimir Jirinovski bu cinayətlə barışmaq istəməyən azərbaycanlıları Rusiyadan çıxıb getməyə səsləyir. Halbuki, Jirinovski Soçidə hayların törətdiyi cinayətdən fikir yayındırmağa çalışır. Hay terrorundan ən çox əziyyət çəkənlərdən biri də Rusiyadır. 

Moskva qatarında baş verən terror aktını, Çeçenistan qatarının partladılması hadisələrini xatırlamaq yetərlidir. Bu cür “stəkanda fırtına” siyasətinə “yetər” deyilməlidir”.


Ayxan
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Xamneyi: “İnsanların seçkilərdə iştirak etməməsi xalqın islam respublikası sistemindən uzaqlaşması anlamına gələcək”

2021-06-17

gun az article

Ağdamda itkin düşən şəxsin minaya düşərək öldüyü məlum olub

2021-06-17

gun az article

İranda daha 1 namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina etdi

2021-06-17

gun az article

Azərbaycan pambıq ixracından qazancını 2 dəfədən çox artırıb

2021-06-17

gun az article

Azərbaycan və Türkiyə prezidentləri Bakıda Türkiyə-Uels oyununa baxıblar - FOTOLAR, VİDEO

2021-06-16

gun az article

Ermənistanın 1064 hərbçisi müharibədə itkin düşüb

2021-06-17

gun az article

DSX Laçında 2 hərbçinin ölümü ilə bağlı rəsmi açıqlama yaydı

2021-06-17

gun az article

Bayden Putinlə söhbətinin "pozitiv" keçdiyini bildirib

2021-06-17

gun az article

Daha yeddi ölkənin vətəndaşlarının Azərbaycana səfərinə icazə verilib

2021-06-16

gun az article

Cenevrədə Rusiya və ABŞ prezidentləri arasında görüş başlayıb

2021-06-16

gun az article

İsrailin texnologiya şirkətləri Qarabağda fəaliyyət göstərə bilər

2021-06-16

gun az article

Türkiyə Prezidenti: "Qarabağı birlikdə inşa edəcəyik"

2021-06-16

gun az article

Rafael Qrossi: “Nüvə sazişini canlandırmaq üçün İranda yeni hökumətin iş başına gəlməsinə qədər gözləməliyik”

2021-06-16

gun az article

Ərdoğan Milli Məclisdə çıxış edir - CANLI

2021-06-16

gun az article

İranda mühafizəkar namizəd İbrahim Rəisinin xeyrinə prezident seçkisində iştirakdan imtina edib

2021-06-16

gun az article

“NATO ilə əməkdaşlığın daha da genişləndirilməsini istəyirik” – Hikmət Hacıyev

2021-06-16

gun az article

Türkiyəli ekspert: “Şuşa Bəyannaməsi ilə Ermənistanın özbaşınalığının qarşısı alınacaq”

2021-06-16

gun az article

İran rəsmisi: “Prezident seçkilərinin nəticəsi şənbə günü elan ediləcək”

2021-06-16

gun az article

İranda 210 deputat İbrahim Rəisi ilə bağlı prezidentliyə namizədlərə müraciət etdi

2021-06-16

gun az article

Milli Qəhrəman Əliyar Əliyevin məzarı bərpa olunub - FOTO

2021-06-16