Azay Quliyev beynəlxalq missiyasının rəhbəri vəzifəsinə təyin olundu

2021-04-19 16:51

​​​​​​​Azay Quliyev Albaniyada keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri vəzifəsinə təyin edilib.

Gunaz.tv Quote | Gunaz article

Azay Quliyev Albaniyada keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Milli Məclisinin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Albaniya Respublikasında keçiriləcək parlament seçkilərini ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri qismində müşahidə etmək üçün aprelin 20-də bu ölkəyə səfər edəcək.

 

Azay Quliyev bu ilin martın 25-də ATƏT-in sədri və İsveç Krallığının Xarici işlər naziri Ann Linde tərəfindən 25 apreldə Albaniyada keçiriləcək parlament seçkilərində beynəlxalq müşahidə missiyasına rəhbərlik etmək üçün ATƏT-in xüsusi koordinatoru və qısamüddətli seçki missiyasının rəhbəri vəzifəsinə təyin edilib. 

 

O, xüsusi koordinator kimi Avropa Şurasının Parlament Assambleyasını, ATƏT-in Parlament Assambleyasını və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu təmsil edən 130 yaxın beynəlxalq müşahidəçinin fəaliyyətini əlaqələndirəcək.


ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev səsvermə gününə kimi Albaniyanın dövlət və hökumət rəsmiləri, parlament üzvləri, seçkilərdə iştirak edən namizədlər və siyasi partiyaların rəhbərləri, o cümlədən QHT və KİV təmsilçiləri ilə görüşlər keçirəcək, seçkiqabağı vəziyyətlə ətraflı tanış olacaq.

 

Aprelin 25-də isə Azay Quliyev seçki məntəqələrində səsvermənin gedişini və səslərin hesablanması prosesini müşahidə edəcək.


Aprelin 26-da ATƏT-in seçki missiyasının xüsusi koordinatoru Azay Quliyev parlament seçkilərinin yekununa dair digər beynəlxalq təşkilatların iştirakı ilə mətbuat konfransı keçirəcək.
Səfər aprel ayının 27-i yekunlaşacaq.  

 

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi Ermənistanla sərhədə ezam olunub

2021-05-13

gun az article

Livandan İsrailə raketlər atılıb

2021-05-13

gun az article

Azərbaycanda bir gündə 1427 nəfər COVID-19-dan sağalıb, 509 nəfər yoluxub

2021-05-13

gun az article

Çempionlar Liqasının finalı İstanbuldan alındı

2021-05-13

gun az article

SOCAR "Rosneft"in Ukraynaya yanacaq tədarükü üzrə operatoru oldu

2021-05-13

gun az article

Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalı başa çatıb - VİDEO

2021-05-13

gun az article

Zərif: “Səudiyyə Ərəbistanı ilə əlaqə qurmağa hazırıq”

2021-05-13

gun az article

ABŞ prezidenti Co Baydendən İsrailə DƏSTƏK

2021-05-13

gun az article

Birinci vitse-prezident “Xarıbülbül” musiqi festivalının qala-konsertindən görüntü paylaşıb-VİDEO

2021-05-13

gun az article

“Sepah”, seçki qabağı terror əməliyyatları üçün nəzərdə tutulmuş özəl silah-sursat ələ keçirdiyini bildirir

2021-05-13

gun az article

Azərbaycanlı futbolçu Gürcüstanda növbəti oyuna çıxdı

2021-05-13

gun az article

Azərbaycan idmanında ilk - Tokio-2020-yə lisenziya qazandı

2021-05-13

gun az article

General-polkovnik Tofiq Ağahüseynov vəfat etdi

2021-05-13

gun az article

Azərbaycan və Qazaxıstan prezidentləri arasında telefon danışığı olub

2021-05-13

gun az article

Hulusi Akar: “Türkiyə ordusu yanvar ayından indiyədək 1056 terrorçu zərərsizləşdirib”

2021-05-13

gun az article

İranda koronavirusdan daha 297 nəfər vəfat edib: Ölənlərin sayı 76 000 nəfəri keçib– RƏSMİ STATİSTİKA

2021-05-13

gun az article

Amerikada “İran fars deyil” müzakirəsi: “Bu konfransı ciddi addım hesab edirəm”-Etibar Məmmədov

2021-05-13

gun az article

İranın Buşehr əyalətində 4,4 bal gücündə zəlzələ olub

2021-05-13

gun az article

Prezident İlham Əliyev Şuşada Yuxarı Gövhərağa məscidində olub

2021-05-13

gun az article

Prezidentliyə namizədliyi qeydə alınmış Əhmədinejaddan xəbərdarlıq: Saxtakarlıq etsələr..." - FOTO

2021-05-13